Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Manaf Ağayev: “O da mənim kimi bicbala idi”

04.03.2020 14:10

“Adam var ki, evlənir. Nə işi, nə də evi var. O zaman nə xoşbəxtlikdən söhbət gedə bilər?”

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Hər şey daxil” verilişinə qonaq olarkən deyib.

İfaçı bildirib ki, qızını ərə verəndə bütün cehizlərini verib:

“Qızımın bütün cehizlərini verdim. Qarşılığında ona qızılını aldılar, bunlar təbii olan şeylərdir. Qız verib-alanda maraqlanmalısan. Evlənib iki aydan sonra boşanırlar. Bunun səbəbi araşdırmamaqdan irəli gəlir. Evin içində ev olmaz. Mən ata-ananın yeni ailə quran ailədən ayrı olmağının tərəfdarıyam. Bir oğlan olsa, bir yerdə qalmaq olar. Övladlarıma deyirəm ki, evlənin, yaşım gedir. Belə getsə, özüm yenidən ailə həyatı quracam”.

M. Ağayev qeyd edib ki, həyat yoldaşını dəlicəsinə sevir:

“Həyat yoldaşımla bir-birimizi dəlicəsinə sevirdik. İndi də elədir. Allaha and olsun ki, “Leyli və Məcnun” sevgisi bizim yanımızda yalan olub. Şükürlər olsun ki, seçimimdə yanılmamışam, çox xoşbəxtəm. İki-üç dəfə elçi getdik. Aranı qatanlar var idi. İndi onlar bu həyatda yoxdular. Nişan zamanı arada çaxnaşma düşdü. Allah ölənlərə rəhmət eləsin, atam kənddə çox sayılıb-seçilirdi.

Özü kimi üç-dörd ağsaqqalla elçi getdi. Atama dedilər yenə gəlin. Ondan sonra mənə dedi ki, “sənə demirəm alma, ancaq qaçırt. Məni o qapıya birdə yollama”. O da mənim kimi bicbala idi. Səhər saat 9-da həyat yoldaşımı qaçırdım”.Qafqazinfo.az

Новости