Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Manana: “Georgi ilə necə tanış olub evləndiyimizi bilənlər çox yaxşı başa düşürlər ki…” – VİDEOMÜSAHİBƏ

04.03.2020 14:10

Sevilən müğənni, “gürcü qızı” ləqəbi ilə tanınan Manana Çaparidze A24.Az-a müsahibə verib.

Об этом сообщает Руспрес

Manana xanım, yeni layihələriniz varmı?

– Bir neçə yeni mahnı yazdırmışam, Murad Ariflə onun bəstəsinə yeni duetimiz çıxıb. “Yaşasın sevənlər” adlı mahnıdır, qısa zaman olmasına baxmayaraq çox sevildi. İndi hansı mahnıya klip çəkmək haqqında fikirləşirik. Yeni ildə Ədalət Şükürovla birlikdə Şəkidə konsertimiz olacaq.

Sevgi mahnılarını həyat yoldaşınızı düşünərək yazdığınızı söyləmisiniz, son mahnılarınız da belədir?

– “Sevgimizin dənizində” mahnısı bizim haqqımızdadır. Bizi tanıyanlar, Georgi ilə necə tanış olub evləndiyimizi bilənlər çox yaxşı başa düşür ki, Manana yenə həyat yoldaşı haqqında danışır. Mən məhəbbətlə yaşayıram”.

Qalmaqallardan uzaq olmağınızın əsas səbəbi nədir?

– Mən qalmaqallarla maraqlanmıram, öz sənətimlə, ailəmlə məşğulam. Mən çox az danışan insanam. Evdə də ancaq uşaqların yanında oluram “dəli ana” . Elə müğənni də yoxdur ki, mənim haqqımda boş-boş danışsın.

Sənət dostlarınızın bu dövrə qədər qəlbinizə “dəyən” bir hərəkəti olubmu?

– Mənim ailəm mənə öyrədib ki, çətinliksiz həyat olmur, sən həmişə öz işinlə məşğul ol və həmişə insan qal, pis insanlara oxşama!. İnsanlar fərqlənir, kimisi məni bəyənəcək, kimisi yox. Baxmayaraq ki, o zamanlar mən balaca, daha emosiyanal idim, ağlaya bilərdim. İndi isə artıq başqa fikirlərlə qəbul edirəm, artıq böyümüşəm. Çətinliklər olub, necə ki, uğurlar çox idi, çətinliklər də vardı və indi də var. Ancaq indi onları daha asanlıqla qəbul edirəm. Heç kimi qısqanmıram.

28 dekabr ad gününüzdür, necə qeyd edəcəksiniz?

– Adətən xaricdə qeyd edirəm. Keçən il Parisdə qeyd etmişdim. Mənimçün əsas odur ki, ad günümdə səhnədə olum və belə də olur. Bu il də səhnədə olacam.

Biz də sizi ad gününüz münasibəti ilə təbrik edirik. Həyat yoldaşınızın Gürcüstanda yaşaması ailə münasibətlərinizə təsir edirmi?

– Yoldaşım Gürcüstanda işləyir, amma o, tez-tez Bakıya gəlir. Baxmayaraq ki, çox çətindir, ancaq normal qəbul edirik, belə lazımdır. Mən öz işimlə məşğulam, o da öz işi ilə. Ailə quranda vacib deyil ki, yalnız sevsinlər. Əsas odur ki, bir yola baxsınlar, bir fikirdə olsunlar.

Üçüncü övladınızın olması barədə düşünürsünüzmü?

– Allahın qismətidir, amma hələki yox.

İmicinizdə dəyişiklik etmirsiniz, niyə?

– Mən sadəliyə üstünlük verirəm, belə sevirlər məni. Sonra baxarıq, 20 ildən sonra nə olacaq, necə olacaq. Əsas formada olaq, gülək, xoş hislər gətirək insanlara, budur həyat. Əsas mahnılarla tanınaq.

Sənət dostlarınız “Şou aləmindəsənsə dəyişiklik etməlisən” deyirlər. Siz də belə düşünmürsünüzmü?

Baxır kim nə istəyir. İmiciylə tanınmaq- bu, onların fikridir, seçimidir. Mən hörmətlə yanaşıram.

Brilyant Rəsulova

Fərid Orucov

Новости