Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hazırda Yer üzünün xəlifəsi PAPADIR – VİDEO

05.03.2020 10:54

“Hazırda Yer üzünün xəlifəsi Papadır”.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, bu sözləri Türkiyənin “Akit” TV kanalında qonaq olan siyasətçi Şevki Yılmaz deyib.

“Bir telefon zəngi ilə İraqda müharibəni dayandıra bilər. Bu məsələlər Papanın bir telefon zənginə baxır. Lakin Papa təlimat verir və o Türkiyədə tətbiq edilir. Azərbaycanda neçə-neçə qanlar axdı. Xain həmin bölgələri, Türkiyə Cümhuriyyətini gəzdi. O zaman deyərdi də bu müharibələri dayandırın, axı bu sənin bir cümlənə bağlıdır. Dayandırmaz axı, çünki o, 10 ailənin seçdiyi bir şəxsdir” deyən türk siyasətçi dünyanın 10 ailə tərəfindən idarə olunduğunu və Papanın da onlardan tərəfindən təyin olunduğunu vurğulayıb.

Qeyd edək ki, Şevki Yılmaz Rizenin sabiq millət vəkili olub. 1997-cı ildə “Refah” partiyasından istefa edən siyasətçi Avropaya gedərək işlərini orda davam etdirib. 2004-cü ildə Türkiyəyə qayıdıb.

Saytımız Türkiyə mediasında yayımlanan görüntüləri təqdim edir:

Firuzə Alimova / MTM