Həb içərək istədiyimiz xarici dili öyrənə biləcəyik! – YENİLİK
05.03.2020 10:54Elm adamları sadəcə həb içərək musiqi aləti çalmanın və xarici dil öyrənmənin yolunu tapıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, ABŞ-da yerləşən St.Judes Araşdırmalar Xəstəxanası tərəfindən aparılan araşdırmada yetkin insanlarda nəyisə öyrənməyi yavaşladan beyin ifrazatı adenozini məhdudlaşdırmağın üsulunu kəşf edib.
Uşaqların və gənclərin daha asan öyrənməsinin səbəbi adenozinin daha az ifraz olunması olduğunu bildirən araşdırmaçılar siçanlar üzərində apardıqları təcrübələrdə beynin eşitmə talamus bölgəsindəki ifrazatı məhdudlaşdırmağı bacarıblar. Sınaq nəticəsində yetişkin siçanların eşidərək öyrənmə qabiliyyətlərinin yaxşılaşdığı aşkarlanıb.
Elm adamları kimyəvi iftarazın qarşısını ala biləcək bir dərman hazırlayarsa, yetişkin insanların istənilən vaxt musiqi alətini və ya xarici dili daha sürətli bir şəkildə öyrənə biləcəyini qeyd edib.
Araşdırmaçılardan həkim Stanislav Zakharenko “Siçanlarda eşitmə yolu ilə öyrənmənin yolu yenidən açıldı. Lakin bunu məhdudlaşdıran maddənin qarşısını alacaq dərmanın hazırlanması ilə eşitmə yolu ilə məhsuldar öyrənmə üsulu insanlar üçün də mümkün ola biləcək” deyə ifadələrini işlədib.
Firuzə Alimova

