Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həbsdə olan Səudiyyə şahzadələri İsraili “dirildəcək”

05.03.2020 10:54

Səudiyyə Ərəbistanda həbs olunan şahzadələrdən sərbəst qalmaları müqabilində alınacaq vəsaitin İsrail ilə qurulacaq NEOM şəhərinə xərclənəcəyi ortaya çıxıb.

Об этом сообщает Футляр от виолончели

Səudiyyə Ərəbistanda “yumşaq saray” çevrilişi olaraq adlandırılan və vəliəhd şahzadə Salmanın taxtını möhkəmləndirmək məqsədilə şahzadə və iş adamlarını həbs etməsi dünya gündəminə damğasını vurdu. Aradan az qala bir ay keçib, ancaq həbslərə dair bir hadisə baş verməyib. Bu həftə isə məsələ ilə bağlı yenə çox müzakirə ediləcək bir iddia ortaya çıxıb.

A24.az xarici mediaya istinadən bildirir ki, dünyanın ən lüks otellərindən biri olan Rits Carltonda saxlanılanların azad edilməsinə dair yeni iddia gündəmə gəlib. Belə ki, aralarında dünyanın bir nömrəli varlılarının da olduğu iş adamları və şahzadələrdən azadlıq bədəli olaraq sərvətlərinin yüzdə 70 faizi tələb edilib. Həmin şahzadələrin sərvətlərinin yüzdə 70 faizi isə təxminən 800 milyard dollarla ifadə edilir.