Şamaxıda qardaş bacısını niyə öldürdü? – DƏHŞƏTLİ TƏFƏRRÜAT
05.03.2020 10:57Şamaxı rayonunda ailə münaqişəsi zəminində törədilən qətli təfərrüatları məlum olub.
Об этом сообщает Роспрес
APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində qətlin qısqanclıq zəminində törədildiyi müəyyənləşib.
Yerli sakinlərin dediyinə görə, ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan apararaq, qətlə yetirib və polisə könüllü təslim olub
Qadının iki övladı qalıb.
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.
A24.Az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.
Şamaxı sakini 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

