Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dünyanın maraqlı toy adətləri və geyimləri – ARAŞDIRMA

05.03.2020 10:57

Fərqli ölkə və mədəniyyətlərdə alışdığımız bəyaz gəlinliklərin yerinə həmin xalqların etnik geyimlərinə üstünlük verilir.

Об этом сообщает Руспрес

A24.az  sizə dünyanın ən maraqlı  gəlinliklərini təqdim edir:

Hindistan

Hind mədəniyyətinə, əsasən qırmızı və çəhrayı gəlinliklər üstünlük təşkil edir. Ölkənin şimalında qadınlar alınlarındakı qırmızı ləkə ilə evli olduqlarını bildirirlər.

Tibet

Tibet toylarında gəlinlər ağ, rəngli önlük və iplərdən tikilən yun libas geyinirlər. Bəzən bu çoxqatlı geyimin içərisində gəlini görmək qeyri-mümkün olur.

Şotlandiya

Şotland kişilər toylarda öz zümrələrini təmsil edən “kilt” adlı etnik ətək geyinirlər. Qadınlar mərasim zamanı kişinin zümrəsini təmsil edən rənglərdən şal taxaraq o ailəyə girdiyini bildirirlər.

Nigeriya

250 etnik qrupun yaşadığı və 500-dən artıq dilin danışıldığı Nigeriyada toy adətləri bölgəyə, inanca əsaslanır. Əsasən bu ölkədə gəlinlər parlaq rəngli geyimlərə üstünlük verirlər və başlarına “gele” adlı aksessuar taxırlar.

Yaponiya

Ənənəvi yapon toylarında gəlinlər mütəmadi olaraq saflığı və bakirəliyi simvolizə edə ağ kimano geyinirlər. Toy başa çatdıqda isə onlar şansı təmsil edən qırmızı kimanoya keçirlər.

Malaziya

Malaziya toylarında islam adətlərindən istifadə edilir. Gəlinlər əsasən bənövşəyi, tünd qırmızı və açıq qəhvəyi rəngdə libas geyinirlər.

Qana

Qana toylarında xüsusi olaraq rəngli geyimlərdən istifadə edilir. Hər ailənin özünə xas naxışları bəy və gəlinin libasını bəzəyir.

Qazaxıstan

Ənənəvi qazax toylarında gəlinlər “saukele” deyilən başlıq və duvaq taxırlar. “Saukele”nin uzunluğu gəlinin yaşına görə dəyişilir.

Monqolustan

Yüzillərdir ki, monqol toylarında gəlin və bəylər Orta Asiyanın köçəri tayfalarının geyindiyi “Deel” adlı libaslara üstünük verirlər.

Çin

Çin toylarında üstünlük verilən qırmızı rəng  şansı təmsil edir. Eyni zamanda bu rəngin şeytanı uzaq tutduğu da deyilir.

Filippin

Filippinin Basilan adasında yaşayan Yakanların ənənəvi toylarında 2 növ mərasim təşkil edilir: İslami və islamiyyət öncəsinə aid rituallar. Həm bəy, həm də gəlin simasını boyalarla rəngləyirlər.

Norveç

Norveçdə ənənəvi toy geyimi “bunad” adlanır. Bu geyim eyni zamanda xaç suyuna salma mərasimlərində də istifadə edilir.

İndoneziya

17 min ada və 300-dən artiq etnik qrupun yaşadığı İndoneziyada toy adətləri və geyimləri əraziyə görə dəyişilir. Əsasən, parlaq rəngli geyimlərdən istifadə edilir.

Koreya

Koreyanın milli toy geyimi “Hanbok” adlanır. Keçmiş adətlərə görə, bəy gəlini belində masanın ətrafında fırlatmalıdır.

Rusiya

185-dən artıq etnik qrupun yaşadığı Rusiyada toy adətləri bölgəyə görə dəyişilir. Ənənəvi rus toyları 2 gün davam etsə də bəzi regionlarda bu müddət 1 həftəyə kimi uzanır. Ənənəvi toy geyimləri naxışlı parçalardan tikilir.

Özbəkistan

Ənənəvi özbək toylarında gəlinlər əl işi naxışlarıyla bəzənmiş rəngli geyimlər geyinilir.

Polşa

Polşada gəlinlər, əsasən, bəyaz gəlinlik geyib duvaq taxırlar. Lovicz kimi bölgələrdə isə çiçək bəzəkli geyimlər və təbii güllərdən çələng taxılır. Bəylər də gəlinin güllərindən ibarət şapka taxırlar. Əgər gəlinin geyimi bəyin ayaqqabısının üstünü örtürsə adətə görə, gəlin münasibətdə bəyin hakimiyyətini qəbul edir.

Keniya

Keniyada ənənəvi toylarda əlin qızılı rəngli muncuq və qabıqlardan düzəldilən boyunbağı taxır. Toy gecəsi təşkil edilən “kupamba” adlı mərasimdə gəlinlərə duvaqlarını çıxartmağa və saç modelləri ilə cəvahiratlarını göstərməyə icazə verilir.

İlhamə BƏHMƏNOVA