Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlham Əliyev sərt danışdı: “Ermənilər bilməlidirlər ki…”

05.03.2020 10:58

“Ermənilər düzgün nəticə çıxarmalıdırlar. Ermənilər bilməlidirlər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün biz uğurlu siyasət aparırıq. Hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Azərbaycan bayrağı Şuşada da, Xankəndində də dalğalanacaq”.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bayram şənliyində nitq söyləyərkən deyib.

Azərbaycan prezidenti qeyd edib ki, bu gün Vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir: “Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. 25 illik müstəqillik dövrü onu göstərdi ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər. O dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda – vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır”.

Новости

Теги