Amerika dünyanı bu bazadan dinləyir
05.03.2020 10:58Amerikanın Milli Təhlükəsizlik agentliyinin (NSA) dünyanın dinləmək üçün Nyu-Yorkda yerləşən bir binadan istifadə etdiyi iddia edilir.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, daha öncə Milli Təhlükəsizlik agentliyinin işçisi Edvard Snovden tərəfindən ifşa edilən, rəsmi sənədlərdə də adı hallanan “Titanpointe” adlı mərkəz kommunikasiya nəhəngi “AT&T”-nin Manhettendə yerləşən pəncərəsiz göydələninin içərisində yerləşir.
Adı gizli saxlanılan bir “AT&T ” agentinin verdiyi məlumata görə NSA agentləri binanı 38-dən artıq ölkədə edilən telefon zənglərini, faks məktublarını və internet fəaliyyətini izləmək üçün istifadə edir.
1978-ci ildə inşa edilən bina nüvə silahına qarşı belə davamlıdır. Onun içərisində generator və su anbarı var. İşçilərin 3 həftə adi həyatla eyni səviyyədə yaşamaq üçün hər cür şərait yaradılıb. Amerika mətbuatında son illər çıxan xəbərlərə görə, “AT&T ” kəşfiyyat servislərinə ən çox kömək edən telekommunikasiya firmasıdır.

