Bakıda məşhur kafedən ilginc kampaniya – “Sərfəli deşik” – “Gəlib görməsəniz, başa düşə bilməzsiz”
05.03.2020 10:58Sosial şəbəkədə yayılan bir reklam posteri diqqətimizi çəkdi. Afişada kampaniyanın adı “Sərfəli deşik” deyə qeyd edilib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, posterin üzərində qeyd edilən “Sərfəli deşik” sözü isə sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri “reklamın pisi də, yaxşısı da reklamdır”, -deyə məsələyə münasibət bildirsələr də, kafenin bu posterini tənqid edənlər, hətta lağa qoyanlar da az olmayıb.
“A24.Az” “PizzaLand” kafesi tərəfindən 1 ay ərzində qüvvədə qalacaq “Sərfəli deşik” (Pizza hole) kompaniyasının niyə məhz bu cür adlandırıldığını öyrənmək üçün kafe ilə əlaqə saxladı.
Kafedə çalışan və bu haqda məlumat vermək səlahiyyəti olan Təbriz Şükürov kompaniyanı niyə “Sərfəli deşik” adlandırdıqlarını belə izah etdi:
“Pizzalar deşiklərdən verildiyi üçün kampaniyamız belə adlandırılıb. Niyə “deşik” adlandırdığımızı izah etməklə deyil, gəlib görməyinizlə başa düşə bilərsiniz (gülür). Yəni belə izah edə bilmirik”.
Biz “hole” sözünün ingiliscədən tərcümədə “deşik” yox, “dəlik” olduğunu desək də, Təbrik Şükürov gülə-gülə bu sözün məhz “deşik” kimi tərcümə olunduğunu, xidmətin də deşiklərdən veridliyini dedi. Bildirdi ki, kampaniyaya bu adı da elə kafenin rəhbərliyi verib.
Bir balaca haşiyəyə çıxaq. Əslində “Pizza hole” sözünü ingilis dilindən tərcümə etdikdə, “hole” sözünün mənasının deşik deyil, dəlik olduğunu görəcəyik. Düzdür, hər iki söz eyni məna verir. Lakin bir kampaniya üçün “deşik” sözünün işlədilməsi qeyri-etik sayılır. Məsələn, kafenin facebook sosial şəbəkəsində yazdığı elanı sizə təqdim edək:
“Pizza deşiklərindən çıxan kiçik, orta və böyük pizzalar 25 faiz endirimlə, yəni 4,40 azn, 5,90 azn və 7.40 azn-ə əldə et. Nuş olsun!”
Qeyd: A24.Az-ın hazırladığı bu materialdan sonra “Pizzaland” qeyd olunan fotoları “facebook” səhifəsindən sildi.

