Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qərbdə baş verən terror Azərbaycana gələ bilərmi? – AÇIQLAMA

05.03.2020 10:58

Ötən ay Böyük Britaniyada, dünən isə İsveçdə terror hadisəsinin baş verməsi qərb dünyasını qorxuya salıb. Belə ki, dünən dünyanın ən rahat və sakit ölkəsi kimi yaddaşlarda qalan İsveçdə terror hadisəsinin baş verməsi bütün dünyada təəccüblə qarşılanıb. İsveçin paytaxtı Stokholmda terrorçunun yük maşınını insanları üzərinə sürməsi nəticəsində 5 nəfər həyatının itirib.

Об этом сообщает Руспрес

Qərb dünyasında və eləcə də yaxın Şərqdə baş verən terror hadisələrinin Azərbaycanda baş verməsi gözlənilirmi?

Məsələyə münasibət bildirən sabiq polis rəisi, polis polkovnik, kriminalist, Mahmud Hacıyev A24.Az-a açıqlamasında, terrordan heç bir ölkə sığortalanmadığını vurğuladı:

“Növündən asılı olmayaraq terror elə terrordu. Heç bir ölkəni demək olmaz ki, məhz orda terror baş verə bilməz. Orda yüksək səviyyədə hüquq mühafizə orqanları, kəşfiyyat və əks kəşfiyyat işləyir. ABŞ kimi dünyada hegeomonluq edən kəşfiyyatı, əks kəşfiyyatı, milli kəşfiyyatı güclü olan bir ölkədə də terror olur. Bu nöqteyi nəzərdən demək istəyirəm ki, dünyada heç bir dövlət terrordan siğortalanmayıb. Bu hər bir ölkədə baş verə bilər”.

Kriminalistin sözlərinə görə, məsələyə ikinci yanaşma bundan ibarətdir ki, ayaqda olmaq lazımdır:

“Bütün ölkələrdə son 7-8 ili götürsək, müxtəlif şəkildə terrorun baş verdiyini görə bilərik. Son vaxtlar baş verən terror hadisələri sanki əvvəlki terrorlar içərisində bir yenilikdir. Səhv etmirəmsə, belə bir terror bir neçə il bundan əvvəl Fransada da olmuşdu. Yük maşını ilə camaatın üstündən keçmişdi. Bu da sanki terrorun təzə bir üsuludur. Terrorçular da oturub fikirləşirlər ki, bu metodu necə dəyişək? Əl keçməyək və necə edək ki, şübhələnməsinlər. Onlar işləyirlər, oturub elə şablon vəziyyətdə öz işlərini icra etmirlər ki, tez də ələ düşələr. Məsələn canlı kamikadzelər də var. Onlar bu cür terrorlar həyata keçirirlər. Metrolarda, mədəniyyət saraylarında, insanların daha çox olduğu yerlərdə daha çox terror hadisələri həyata keçirirlər”.

Sabiq polis rəisi qərbdə baş verən terror hadisələri Azərbaycana gələ bilərmi? Sualını isə belə cavablandırır:

“Azərbaycandakı vəziyyətlə əlaqədar onu qeyd etməliyəm ki, hər bir ölkə öz gücü müqabilində hüquq müahifə orqanları ilə işləyir. İndi ölkəmizi aparıb ABŞ, Fransa, Böyük Britaniya ilə müqayisə etməyəcəyik ki?  Və yaxud da geridə qalmış ölkələrlə müqayisə etmək, bu da düzgün deyil. Yəni hər ölkənin özünün potensialı var. Öz potenisalına, reallıqlarına uyğun da, hüquq mühafizə orqanları, kəşfiyyat və əks kəşfiyyatı öz işlərini qurur. Azərbaycan da bu sistemi öz ölkəsinə uyğun qurub. Allah etməsin ki, bizdə terror baş versin. Şükürlər olsun, hələ ki, bizdə elə bir hadisələr yoxdur. İnanıram ki, indidən sonra da olmaz. Allahın əli Azərbaycanən üzərindədir. 50/50-yə nisbətindədir yəni hüquq mühafizə orqanları, kəşfiyyat və əks kəşfiyyatı Azərbaycanda bunun qarşısının bir 50%-nin ala bilər”, – deyə M.Hacıyev əlavə edir.

Polis polkovniki son vaxtlar baş verən terror hadisələrində bu hadisəni törədənlərin özbək və qırğız olması haqqında da fikirlər bildirdi:

“İslamda müəyyən təriqətlər var. Vahabi, qeyri başqa təriqətlər və.s. Bunlar son 10-15 ildə böyük bir yüksəliş dövrü keçirdilər. Və həmin yüksəliş dövründə bunlar əsasən müsəlman ölkələrinə, islam dini olan ölkərə müdaxilə etdi. Özünə coğrafi şəraitdən yaxın olan ölkərdə daha çox yayğınlaşmağa başladı. Bayaq dediyim kimi, bu terrorçularda oturub müxtəlif metodlar fikirləşirlər. Hansı ölkədə bu daha çox effekt verə bilər.  Hansı ölkə coğrafi şəraitinə görə onlara daha yaxındı. Hansı ölkə islamdakı bu təriqətə daha çox meyl edir və s.”.

Ekspert-kriminalist əlavə edir ki, bununla yanaşı demək olmaz ki, başqa ölkələrdə də terrorçular yoxdur:

“Mən özüm də müsəlmanam, islam dininə meyilliyəm. Bunları islam dini  tənqid etmək niyyəti ilə demirəm. Misal üçün hazırda dünyada elə terror qruplaşmaları var ki, onların tərkibinə baxmasan xristian dininə mənsub olan nə qədər adam var. İslam dini qəbul etmiş ruslar var. Sadəcə üzə çıxmırlar. Rusiya özü də, ölkənin xüsusi xidmət orqanları da, xristian ölkələrin bu təşkilarları da meyillidirlər ki, bu kimi ruslar üzə çıxmasınlar.  Xristian dininə mənsub olan adamlar da Əfqanıstanda, İraqda, Pakistanda,  Suriyada orda-burda vuruşurlar. Bunu əminliklə deyirəm. Bu kimi adamlar da öz əməllərini adətən müsəlman ölkələrində qururlar ki, guya müsəlmanlar daha çox terrora meyillidir. Həm islama, həm dediyim o təriqətlərə görə belə qururlar. Orta Asiyada, Şimali Qafqazda da qurublar. Şimali Qafqazda da məsələn, İnquşetiya, Çeçenistan, Kabarda-Balkar, Qaraçay-Çərkəzdə və s.  onlar çoxluq təşkil edirlər”.

Orxan Aslanlı