Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Azərbaycanda mal əti ilə yanaşı, toyuq ətinin qiyməti də bahadır” – EKSPERT

05.03.2020 10:58

 “Azərbaycanda istehsal olunan məhsullar ölkə tələbatının 50%-ni ödəyir”.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ərzaq məhsullarının ölkədəki qiymətləri ilə bağlı məsələlərdən söz açarkən deyib.

Ekspert bildirir ki, ümumdünya səhiyyə təşkilatının müəyyən etdiyi norma var:

“Bu normaya uyğun olaraq adambaşına il ərzində 84 kq ət istehlak olunmalıdır. Bu insanlar arasında fərq yoxdu uşaq, qoca, orta yaşlı, kasıb, varlı və.s hamısı daxildir. Bizdə il ərzində ət istehsalı 290 min tondur. Bu da adam başına düşən ət normasının 29 kq olduğu deməkdir. Görün fərq nə qədər böyükdür. Ət çatışmadığı üçün bazarda qiymətlər də yüksək səviyyədədir”.

V.Məhərrəmlinin sözlərinə görə, ABŞ-da mağazalarda təzə ətin qiyməti 4.5-5 dollar arasıdır:

“Amma bizdə isə 7-8 dollar təşkil edir. Türkiyədə də ətin qiymətinin baha olması görünür ət tələbatını ödəyəcək qədər ət istehsal edə bilmirlər”.

“Elə ölkələr var həqiqətən mal ətinin qiyməti  bahadır, təyuq ətinin qiyməti ucuz. Yəni ətin qiymətinin digərinin qiyməti ilə kompensasiya edirlər. Ancaq Azərbaycanda toyuq ətinin qiyməti də bahadır. Apardığımız araşdırmalar göstərir ki, ABŞ-da toyuq ətinin qiyməti 1.3 – 2 dollar arasındadır. Azərbaycanda isə ən ucuz toyuq əti 3.8 – 4 manatdır. Bu da təxminən toyuq ətinin 30-40% baha olması deməkdir”, – deyə ekspert əlavə edib.

Kənd təsərrüfatı üzrə ekspert toyuq ətinin baha olması ilə bağlı xərclərimiz çox olmasından da söz açıb:
“Xərcin əsas səbəbləri istehsal avadanlıqlarının xaricdən gətirilməsi ilə bağlıdır. Hətta yem komponentlərini belə xaricdən gətiririk. Yem komponentləri məhsulun maya dəyərinin 65-70%-ni təşkil edir. Yəni genetik materialı özümüz istehsal edə bilmədiyimiz halda, yemi özümüz istehsal edə bilərik. Burda nə problem var? Quş yemini istehsal etmək elə bir ciddi bilgiyə, texnologiyaya ehtiyac yoxdur”.

Orxan Aslanlı