Baş nazirin birinci müavini “Hacı Cavad” məscidinin söküldüyü yerə gəldi – VİDEO
05.03.2020 10:58Bakının “Sovetski” adlanan ərazisində yerləşən “Hacı Cavad” məscidinin sökülmüsi məsələsində gərginlik davam edir. Hazırda ərazidə 200-dən artıq vətəndaş toplaşıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın hadisə yerində olan müxbiri Orxan Aslanlının verdiyi məlumata görə hazırda polislər ərazidən demək olar ki, kənarlaşıb.
Baş nazirin birinci müavini Yaqub Eyyubov da söküntü aparılan yerə gəlib. Jurnalistlərə açıqlama verməyən Yaqub Eyyubov sakinlərə “Burada ağsaqqal kimdirsə, gəlsin, söhbət edək deyib”.
Qeyd edək ki, az öncə Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev də əraziyə gəlib. Lakin başçı jurnalistlərə açıqlama vermək istəməyib. Vətəndaşlar isə məscidin sökülməsilə bağlı narazılıqlarını davam edir. Onlar deyir ki, məscidin sökülməsinə bu gün səhər saatlarından başlanıb.
Qeyd edək ki, hazırda söküntü işləri saxlanıb. Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

