Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan komandoları türk mətbuatında, ölümə meydan oxuyurlar – VİDEO

05.03.2020 10:58

“Eğirdir” Dağ Komando kursuna qatılan əsgərlərin 27 həftəlik davam edən alpinistlik təlimləri başlayıb.

Об этом сообщает Роспрес

A24.Az-ın verdiyi xəbərə görə, çətin şəraitdə davam edəcək dağçılıq təlimlərində iştirak edən azərbaycanlı namizədlər fiziki psixoloji testlərdən keçiblər. Bu testdən keçən əsgərlərimizə 27 həftəlik çətin təlim üçün start verilcək. Əsgərlərimiz təlim zamanı kürəklərində 40 kq. çantalar, silah və hücum təchizatı ilə hərəkət edəcək. Namizədlər dünyanın ən çətin təlimlərindən biri hesab edilən “Isparta Eğiridir” Dağ Komanda Məktəbindəki Komanda İxtisası Kursuna daxil olacaq. Yalnız zabitlər üçün nəzərdə tutulan və ildə bir dəfə könüllülük əsasında tətbiq olunan təlimlərdən keçə bilməyən zabitlər isə vəzifələrinə geri qayıdacaq.
Ölümə meydan oxuyan təlimlərdəki namizədlər arasında tək qadın da var.
Qeyd edək ki, qardaş ölkədə təşkil edilən kursun ən önəmli mərhələsi olan dağçılıq kursu zamanı zabitlərimiz 60 metrlik qayalıqlar, mağaralar və kanyonlarda təlim keçəcəklər.