ABŞ əsgərlərimizi vurmaq üçün Ermənistana bunları verdi
05.03.2020 10:58Hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın Rusiyadan sonra Ermənistan Silahlı Qüvvələrinə verdiyi müasir hərbi avadanlıqların-optik gecəgörmə və kəşfiyyat xarakterli avadanlıqların İrəvanda deyil, işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi ilə bağlı rəsmi Bakının ABŞ-ın ölkəmizdəki səfirliyinə və yaxud hərbi attaşesinə faktla əlaqədar etiraz etməyə səsləyib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov öz facebook səhifəsində məsələ ilə əlaqədar geniş şərh yazıb.
Ekspert sözlərinə görə, bu günə kimi bildiyim və eşitdiyim bir mühüm məqamı bu erməni dığasının dilindən eşitməyim məni məcbur etdi ki, bu məsələ mütləq ictimailəşməli və buna Azərbaycan Xarici və Müdafiə nazirlikləri vasitəsiylə aydınlıq gətirilməlidir:
“Bu başdan xarab “Qarabağ qəhrəmanı”, özünə hansısa “Komandos” ləqəbi qoyan eşşək general 10 ildir ki, Azərbaycanı “vurur, vurur”, amma “vurub qurtara bilmir”. İndi də, onun yeni sayıqlamalarına baxdım, eyni abu-hava, eyni pafos və ritorika”.
“Onun açıqlamalarında o qədər ziddiyət və qatmaqarışıqlıqlar var ki, hiss olunur ki, bu adam əməlli-başlı ağlını və yaddaşını itirməkdədir. Mən bu axmağın açıqlamalarına adətən çox da diqqət etməyin tərəfdarı deyiləm. Amma, bu günə kimi bildiyim və eşitdiyim bir mühüm məqamı bu erməni dığasının dilindən eşitməyim məni məcbur etdi ki, bu məsələ mütləq ictimailəşməli və buna Azərbaycan Xarici və Müdafiə nazirlikləri vasitəsiylə aydınlıq gətirilməlidir. Söhbət Amerikanın Rusiyadan sonra Ermənistan Silahlı Qüvvələrinə verdiyi müasir hərbi avadanlıqların-optik gecəgörmə və kəşfiyyat xarakterli avadanlıqların İrəvanda deyil, işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsindən gedir”, – deyə Ü.cəfərov əlavə edir.
Ehtiyatda olan polkovnik-leytenant xüsusi vurğulayır ki, biz ATƏT-in Minsk qrupunun hər 3 üzvündən xəyanətlərin olmasını artıq açıq şəkildə görürük:
“Rusiya və Fransa bu yolu tutmaqlarını heç gizlətməsələr də, indiyə kimi Amerika özünü çox hiyləgərcəsinə susqun aparırdı. İndi isə məlum olur ki, bunlar da bir müddət bundan əvvəl Vaşinqtona rəsmi səfərə gedən Ermənistan Müdafiə nazirinin müavini David Tonanyanla danışıqlardan sonra təcili sürətdə işğalçılara maddi dəstək və hərbi təyinatlı müasir avadanlıqları veriblər”.
“Belə olan halda, nədən Azərbaycan XİN Amerikanın ölkəmizdəki səfirinə, yaxud hərbi attaşesinə bu barədə öz etirazını və narazılığını bildirməməlidir? Bu ikibaşlı oyunun sonu olmalıdır, ya yox? Həmin avadanlıqlar düşmənə bir az da qol-qanad verəcək ki, onlar işğal olunmuş ərazilərimizdə həm həyasızlıqlarını davam etdirsinlər, həm də bizim hərbçilərimizin həyatlarına son qoysunlar”, – deyə hərbi ekspert əlavə edib.
Ü.Cəfərov sonda qeyd edib ki, üzümü ölkə rəhbərliyinə tutaraq demək istəyirəm ki, hörmətli Ali Baş Komandan, hörmətli müdafiə nazirimiz, Azərbaycan xalqı sizdən qətiyyətli addımlar gözləyir:
“Görünən odur ki, beynəlxalq qurumlar, xüsusən də Amerika, Rusiya, Fransa, onların əlaltıları olan dövlətlər üzdə bizə Qarabağla bağlı guya Azərbaycanın mövqeyini müdafiə etdiklərini sözlə desələr də, əməldə, bunlar “kürəyimizə xəncər saplamaqla” məşğuldurlar. Bu da dediklərimizin daha bir təsdiqidir”.
Orxan Aslanlı

