Taksilərlə bağlı bu qərar bahalaşma yaradacaq – İqtisadçı SƏRT DANIŞDI
05.03.2020 10:58“Biz İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etmişik ki, Bakıda fəaliyyət göstərən bütün taksilərdə vahid tariflər tətbiq olunsun: gecə tarifi ayrı, gün boyu tarif ayrı. Başqa sözlə, bilinsin ki, 10 kilometrədək taksi filan qiymətə aparacaq. Bu zaman həm də taksilər arasında sağlam rəqabət olacaq. Vətəndaş biləcək ki, ən yaxşı maşında da getsə, nisbətən rahat olmayan avtomobil ilə də getsə, tarif eynidir. Bu halda vətəndaş özü daha yaxşı nəqliyyat vasitəsinin seçəcək. Belə olduqda yol təhlükəsizlik qaydalarına riayət etməyən “xalturşik”lər təbii yolla kənarlaşdırılacaqlar”
Об этом сообщает Роспрес
Bunu mətbuata müsahibəsi zamanı Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.
Bütün taksilərdə vahid tariflər tətbiqinin gələcəkdə nələrə səbəb olacağını A24.Az-a iqtisadçı ekspert Natiq Cəfərli şərh edib.
İqtisadçı əvvəlcə qeyd edib ki, əslində taksi sahəsi rəqabətli mühitin olduğu, qiymətin normallaşdığı az saylı sahələrdən biridir:
“Son dövrlədə bütün sahələrdə qiymət artımın çox kəskin hiss etdiyimiz halda, məhz bu sahədə rəqabət var deyə həm internet üzərində xidmət göstərən şirkətlərin sayının artması, həm vətəndaşların fiziki şəxs olaraq taksi fəaliyyəti ilə məşğul olması kifayət qədər qiymətlərdə stabillik yaradıb. Hətta başqa sahələrdən fərqli olaraq, ucuzlaşma da baş verib”.
Ekspert vahid tarifin tətbiq edilməsinə heç bir ehtiyacın yaranmadığı fikrindədir:
“Nə ehtiyac yaranıb ki, hansı zərurətdən hökumət nümayəndələri və ya müvafiq qurumlar belə təkidlə çıxış edirlər. Və yaxud da bu qaydaları tətbiq etmək istəyirlər. Axı buna elə bir zərurət yaranmayıb. Bu sahəni də dövlət öz nəzarəti altına alıb, sovet dönəmimdəki kimi taksimotor parklar yaradıb, ancaq dövlətin bu sahədə hegemon olduğunu demək istəyirsə, bu başqa məsələ. Bu isə rəqabətsizliyin yaranmasına, xidmətlərin keyfiyyətinin aşağı düşməsinə, qiymətin isə bahalaşmasına gətirib çıxaracaq”.
Bu elə bir sahədir ki, burda dövlətin iştirakı ancaq lisenziya yolu ilə bəlli “oyun” qaydalarının bazarda uçuşmasına çalışmalıdır. Birbaşa müdaxilələr, birbaşa hər hansı qiymət formalaşmasında iştirak etmək, dövlətin işi deyil. Onsuz da sürücü ilə müştəri arasında bəlli anlaşmalar olur. Bu anlaşmaya uyğun olaraq da, müştəri ödənişlərini edir”, – deyə iqtisadçı əlavə edib.
N.Cəfərli sonda bildirib ki, bu qaydanın tətbiq edilməsi ancaq bahalaşmağa səbəb olacaq:
“Bir daha bildirirəm ki, qiyməti ucuzlaşdığı çox nadir sahələrdən biridir. Belə məsələləri qaldırmaqla (rəqabətli mühiti aradan qaldırmaqla) bu sahələr də ancaq qiymət artımının olmasına səbəb olmaq olar. Belə bir ehtiyac da duyulmurdu. Bir neçə il bundan əvvəl şəhərin mərkəzindən hava limanına taksilər 20-25 manata aparırdılarsa, indi isə müstəlif şirkətlərin bundan iki dəfə ucuz qiymət təklif etdiyini görürük. Ən azından bu sahədə müəyyən bir rəqabətin olması ciddi qiymətlərdə vətəndaşın xeyrinə (vətəndaşın cibinin xeyrinə) normallaşmağa çalışılır. Bu sahədə vahid qiymətin tətbiq edilməsinə elə bir ehtiyac görülmür”.
Orxan

