Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qanunvericilikdə sahibkarın müflis edilməsi ilə bağlı icra mexanizmi yoxdur” – İQTİSADÇI

05.03.2020 10:58

“Qanunvericilikdə müflis olunma ilə bağlı məsələ var. Ancaq onu tətbiq etmək mümkün deyil”

Об этом сообщает Руспрес

Bu fikirləri A24.Az-a açıqlamasında iqtisadçı ekspert Qalib Toğrul bəzi sahibkarların saxta yollarla özlərini müflis elan etməsi məsələsini şərh edərkən deyib.

Qanunvericiliyə görə sahibkarlar özlərini necə müflis elan etməlidirlər?

İqtisadçının sözlərinə görə, sahibkarların müflis edilməsi ilə bağlı bənd qanunvericilikdə var:

“Amma qanunvercilikdə müslif edilmənin tətbiqi ilə bağlı icra edilmənin mexanizmi yaradılmayıb. Ona görə də o qanun qəbul olunandan Azərbaycanda ümumiyyətlə heç bir müəssisə və sahibkar özünü müflis elan etməyib. O prosedurlar həyata keçirilməyib. Çünki həmin prosedurlar reallıqdan uzaq, tətbiqi mexanizmi olmayan prosedurlardır”.

Ekspert məsələnin həlli yolu kimi qanunvericiliyin təkmilləşdirilməli olduğunu deyir:

“Yeni qanunvericilik, yeni icra mexanizmi hazırlanmalıdır”.

“Qanunvericilikdə müflis olunma ilə bağlı məsələ var. Ancaq onu tətbiq etmək mümkün deyil. Tək sahibkarlıqla bağlı deyil, müxtəlif sahələrdə belə qanunvericilik aktları var. Onların tətbiqi ilə bağlı mütləq norativ sənədlər nəzərdə tutulmalıdır”, – deyə iqtisadçı əlavə edib.

Qalib Toğrul bildirir ki, qanunvericiliyin müəyyən etdiyi çərçivələr daxilində müəyyən izahedici sənədlər, daha konkret addımları nəzərdə tutan alt sənədlər olmalıdır:

“Tək bu qanunla iş bitmir. Ona görə normativ hüquqi aktlar qəbul olunanadan sonra biz bu haqda danışa bilərik ki, müflis olmaqla bağlı hansı işlər görülməldir. Artıq o mexanizm yaradılandan sonra kiməsə irad tuta bilərik. Ancaq hazırda o mexanizm olmadığından bu prosesdə baş vermir”.

“Müflis olma sahibkarı heç də bütün problemlərdən azad etmir. Əslində müflis olma sahibkarın digər borclu olduğu insanlar, müəssisələr qarşısında öhdəliyinin də yerinə yetirilməsini tələb edir. Ancaq qanunvericilik imkan vermir ki, bu proses həyata keçirilsin”, – deyə ekspert söyləyib.

Orxan