Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ramzan Kadirov nikaha qarşı çıxdı, kəbin istədi: Kişinin bir neçə məşuqəsi… – VİDEO

05.03.2020 10:58

Çeçenistan Respublikasının lideri  RT telekanalına eksklüziv müsahibə verib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, müsahibə zamanı Ramzan Kadirov müxtəlif sualları cavablandırıb.  Aparıcı Rusiyada müsəlmanların yaşadığı ərazilərdə qadın və kişi münasibətlərinə toxunub. Ramzan Kadirov müsahibə zamanı ailə ittifaqlarının  dövlət qeydiyyatına (ZAQS) düşməsinə qarşı  olmağının səbəbini açıqlayıb.

Onun sözlərinə görə,  bu ailənin dağılmasına aparır.  “ZAQS —etibarsızlıq deməkdir. Ər və arvad arasında etibarsızlıq. Mən ümumiyyətlə bütün bunlara qarşıyam. Bu mənim inamımdır”.

O, Rusiya cəmiyyətindən nümunə də gətirib. “Rəsmən evli kişinin bir neçə məşuqəsi var. Sizcə, bu normaldırmı? Öz arvadını aldatmaqdır, ailəni ayırırsan, hər kəsi aldadırsan, məşuqəni belə. Əgər rəsmiləşdirirsənsə, ikinci arvadın olur, bu da qanunu pozma adlanır”.

O qeyd edib ki, Çeçenistanda bir nəfər olsun belə qanunları pozmayıb. “Biz qanunlara sərt riayət edirik. Bəzi qüvvələr Çeçenistana böhtan atır. İstəmir ki burada əmin-amanlıq olsun”.