Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Fransa seçkilərində bu ermənipərəst namizəd qələbə qazanarsa, Azərbaycan üçün…” – Politoloq

05.03.2020 10:58

“Len Pen və Fiyon seçkiqabağı çıxışlarında ermənipərəst açıqlamaları ilə də yadda qaldılar, Dağlıq Qarabağı Ermənistana “birləşdirdilər””

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Fransada keçirilən prezident seçkiləri namizədlərinin çıxışlarını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Kreml və onun təbliğatını aparan rusiyalı politoloqlar Fransada Fiyonun və ya Le Penin prezident seçilməsini istəyirdilər:

“Çünki, hər ikisi Rusiya ilə sıx tərəfdaşlıqdan danışır və Krımı Rusiyanın ərazisi sayırlar. Ancaq Kremlin planları reallaşmayacaq. Emanuel Makron birinci yerdədir və böyük ehtimalla ikinci turda Le Pen üzərində qələbə çalacaq”.

“Çünki, ikinci tura keçməyən namizədlərin az qala tamamı seçicilərini ikinci turda Makrona səs verməyə çağırdılar. Makron Rusiya ilə sərt dialoqun davamının tərəfdarıdır. Len Pen və Fiyon seçkiqabağı çıxışlarında ermənipərəst açıqlamaları ilə də yadda qaldılar, Dağlıq Qarabağı Ermənistana “birləşdirdilər””, – deyə E.Şahinoğlu bildirirb.

Siyasi şərhçi əlavə edir ki, Makrondan oxşar açıqlama eşitmədik:

“Ancaq bu o demək deyil ki, Makron prezident seçilərsə Ermənistanla Azərbaycana eyni gözlə baxacaq. Buna baxmayaraq, Makron keçmiş iqtisadiyyat naziridir, demək prezident seçilərsə, Azərbaycanla əməkdaşlıqda iqtisadi səmərəlilik prinsipini arxa plana atmayacaq”.