Maraqlanma… Öldürər! – ABŞ-ın 51-ci sirri
05.03.2020 10:58Neva çölü… Qurumuş dərə yatağında uzaq və əlçatmaz yer…
Об этом сообщает Руспрес
Deyirlər hər bir sirrin 25-30 il ömrü olur. ABŞ üçün həyati əhəmiyyət daşıyan bu sirr isə 1955-ci ildən ictimai əhəmiyyətini itirmir.
Nevada səhrasının ucsuz-bucaqsız çölləri heç bir canlının yaşaması üçün əlverişli olmadığından bu sahə xüsusi olaraq seçilib. Üzərindən bir quş belə uçmağına icazə verilməyən bu ərazinin sirri nədir?
“Ərazi-51”
51-ci zonaya gedən yolda həmişə sakitlik hökm sürür.
“Ərazi-51” ABŞ-ın dünyanın heç bir xəritəsində qeydə alınmayan məxfi hərbi bazasının adıdır. Bu hərbi zonaya hətta ABŞ prezidentləri xüsusi icazə ilə girib-çıxa bilərlər.
ABŞ Müdafiə Nazirliyi və Hərbi Hava Qüvvələrinə məxsus “Ərazi-51” Las-Veqas şəhərindən 153 km şimalda, Nevada səhrasında Qrum çayının yaxınlığında yerləşir. Rachel qəsəbəsi isə ərazinin şimal tərəfindən ona ən yaxın olan qəsəbədir. Ərazinin sahəsi 76 kvadrat metrdir. Müqayisə üçün qeyd edək ki, ərazinin tutduğu sahə Livandan bir az böyükdür. Bu əraziyə istər qurudan, istərsə də havadan 30 mil məsafədən heç kim və heç nə yaxınlaşa bilmir.
Ətrafda “Girmək olmaz” və “təhlükəsizlik xidmətinin bura girənləri öldürmə səlahiyyəti var” kimi yazılı böyük lövhələr var və hər tərəfdə təhlükəsizlik kameraları, yaxınlaşan istiliyi təyin edən cihazlar, hərəkət detektorları quraşdırılıb. Gecələr ərazini heç bir tanınma nişanı olmayan qara rəngli vertolyotlar qoruyur.
Bölgənin xüsusi olaraq təhlükəsizliyini “Cammo Dudes” adı verilən gözətçilər qoruyurlar. Onlar ərazinin sərhədinə yaxınlaşan insanları və vasitələri xəbərdarlıq edirlər. Əgər xəbərdarlıq nəticəsində vətəndaşlar sərhəddən ayrılmazsa yüksək miqdarda pul cəzası tətbiq olunur. Yüksək rütbəli vəzifəli gözətçilər isə xəbərdarlığa məhəl qoymayanları yerindəcə öldürmək hüququna maklikdirlər.
Ərazinin bağladığı sirrlər
51-ci zona 1955-ci ildə yaradılıb. “Lokxid” aviakonserni bu yeri özünün əfsanəvi U-2 təyyarəsinin sınaqdan keçirilməsi üçün seçib. Buna səbəb isə ərazidə 1500 metr hündürlüyündə cansız landşaftın və yüksək dağlarla ətraf aləmdən təcrid olunan qurumuş gölün 5 kilometr uzunluğunda tamamilə hamar yatağın mövcud olmasıdır. Bu cür reylef sirrlərin saxlanması üçün ideal ərazidir.
Mediaya bəlli olan məlumatlara görə, bu ərazidə ABŞ-ın xüsusi olaraq hazırladığı yeni təyyarələr sınaqdan keçirilir. Bəzi məlumatlara görə isə, bu sirrli məkanda yadplanetlilər araşdırılır, UFO nəzəriyyəsi əsasında xüsusi gizli elmi tədqiqatlar aparılır.
Bəzən mətbuatda həmin bazada adamların işlədiyilə bağlı məlumatlar yayılır, lakin bu məlumatlar Amerika hökuməti tərəfindən təkzib olunur. Yalnız bir şey məlumdur ki, hər gün Los-Anceles ştatından bazaya təxminən 1500 adam gətirib aparan təyyarələr eniş edir. Həmin adamların bazada nə işlə məşğul olduqları isə naməlum olaraq qalır.
Ufoloqların araşdırmalarına görə məxfi bazanın əsas binası 14 yeraltı mərtəbədən ibarətdir. Lakin yerin altındakı bu mərtəbələrdə hansı işlərin görülməsini yalnız ehtimal etmək olar. Bir çox ufoloq və alimlərin fikrincə, burada naməlum uçan obyektlərin qalıqları və yadplanetlilərin bədənləri saxlanılır. Bundan başqa, sözügedən bazada yadplanetlilərin texnologiyalarından istifadə edilməklə supermüasir uçuş aparatlarının və silahların tədqiqi və sınağı aparılır.
Amerikan hərbçilərinin 1949-ci ildə Nevadada qəzaya uğramış yadplanetlilərin gəmisini məhz burada saxladıqları iddia edilir. Doğrudur, ABŞ hökuməti müxtəlif illərdə dəfələrlə bu söz-söhbətlərin yalan olduğunu bəyan edib. Amma faktlar əksini sübut edir.
Yadplanetlilərin sevimli ərazisi
İlk dəfə uçan boşqablarla bağlı məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Stiven Uilson açıqlayıb. O, 1960-cı ildə Ray-Patterson aviabazasında xidmət çəkərkən anqarlarda yadplanetlilərin gəmisini gördüyünü iddia edib. Bundan başqa Uilson deyib ki, 1973-cü ildə xidmət yeri başqa hərbi aviabazaya dəyişib. “Zona-51”də, Qrum gölünün sahilində xidmət edərkən isə uçan boşqabları və boyları 2.5 metrə çatan humonoidləri görüb.
2014-cü ildə ABŞ -ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) 60 ildən sonra ilk dəfə dünyada “51-ci zona” kimi tanınan qapalı hərbi düşərgə barədə rəsmi məumat yayıb. CİA-nın məsələ ilə bağlı yayımladığı hesabatda, Nevada əyalətindəki “51- ci Zona”nın, “Gizli U-2 casus təyyarələrinin bazası” kimi istifadə edildiyi qeyd edilib. Ancaq hesabatda yadplanetdən gələnlərin saxlanılması ilə bağlı hər hansı məlumat verilməyib.
Bununla da ABŞ hökuməti keçmişdə bir çox sənəddə bu hərbi baza haqqında bəhs etmiş olsa da, ilk dəfə rəsmi olaraq stansiyanın varlığını elan edir. “51-ci Zona” dünya ictimaiyyətində “Yad planetlilərin saxlanıldığı yer” olaraq qəbul edilir.
1977-ci ilin əvvəlində burada ilk dəfə olaraq “Stels” texnologiyası əsasında hazırlanmış gözəgörünməz hücum təyyarəsi-F-117A havaya qalxıb. Sözügedən təyyarə barədə rəsmi açıqlama isə 10 ildən sonra verilib.
“Stels” proqramının iştirakçılarının bəziləri sonradan təsdiqləyiblər ki, B-2 və F-117A təyyarələrinin hazırlanmasında istifadə olunan texnologiya qəzaya uğramış Naməlum Uçan Obyektlərin köməyi ilə əldə olunub.
Yadplanetlilərlə “Ərazi-51” arasında razılaşma olub?
Müxtəlif vaxtlarda həmin ərazidə yerləşən müxtəlifyönümlü araşdırma mərkəzlərində işləmiş mütəxəssislər ərazidə baş verənlərlə bağlı açıqlamalar veriblər. Lakin həmin insanlar müəmmalı şəkildə ölüblər. ABŞ hökuməti isə yayılan informasiyaları əsassız adlandırıb. Hətta həmin insanların ümumiyyətlə həyatda heç vaxt mövcud olamamaqları barədə açıqlamalar verib.
Görünür, məxfi informasiyaların yayılması Amerikanın milli maraqlarına zərbə vurur və informasiyanı yayan şəxs həm də öz ölüm hökmünü imzalayır.
Ufoloqlar hərbi bazada işləmiş və işdən çıxarılmış insanların uzun müddətdən sonra cəsarət edib verdiyi informasiyalar əsasında belə nəticəyə gəlirlər ki, ərazidə yadplanetlilərə və onlara məxsus texnologiyalara dair informasiyalar araşdırılır. 51-ci zonada çalışmış amerikalı fizik Bob Lazar hərbi bazanın sirləri haqqında söhbət açarkən bazada həlak olmuş yadplanetlilərin şəkilləri və onların meyitlərinin yarılması barədə tibbi arayışlar olduğunu görüb. O uçan boşqabların texnologiyası üzərində çalışıb. B.Lazarın iştirak etdiyi layihələr 1979-cu ildə başlamış proqram çərçivəsində aparılıb. Məlum olub ki, həmin ildə bazanın administrasiyası ilə yadplanetlilər arasında münaqişə yaranıb. Razılaşmaya əsasən, yadplanetlilər bazanın müəyyən hissəsində özlərinin texnologiyaları barədə məlumat verməklə alimlərlə birgə tədqiqatlar aparırmışlar. Lakin bir dəfə yadplanetlilərin xəbərdarlıqlarına baxmayaraq, bazanın mühafizəsi tədqiqatlar aparılan yeri daha sıx dairəyə almağa başlayır. Yadplanetlilər bütün mühafizə heyətini öldürürlər. Onlara köməyə gələnlərin də aqibəti faciəli olur. Ümumilikdə 44 nəfər mühafizə işçisi həyatla vidalaşır. Yadplanetlilər təlim keçdikləri alimi də öldürərək bazanı tərk edirlər. Havaya qalxmazdan öncə onlar bəyan edirlər ki, qayıdacaqlar. Hətta qayıdış tarixini də açıqlayırlar-1625xx.
51-ci zonada yadplanetlilərin avadanlıq və texnologiyaları qalıb. İndiyədək həmin texnologiyaları müstəqil şəkildə öyrənən alimlər onları dərk edib Yer şəraitində yaratmağa cəhd göstərirlər. Bəzi nəticələr əldə etmək mümkün olub. Bu nailiyyətlər əsasən hərbi sahədə elmi-texniki inqilab etməyə imkan verib.
B.Lazar bütün bildiklərini ekranlaşdırıb. Bu işdə ona jurnalist D.Kneyppu və teleprodüsser Ş.Morton kömək ediblər. B.Lazar barədə sənədli film ekranlara çıxdıqdan sonra 51-ci zona barədə bu gənc fizikin ifadələrini təsdiqləyən onlarla şahid ortaya çıxır.
B.Lazarın televiziyadakı çıxışından sonra ABŞ hökuməti bəyan edir ki, onlarda bu fizik barədə heç bir məlumat yoxdur. Həqiqətən də jurnalistlər heç bir sənədi tapa bilmirlər. Adamlar onu xatırlayırdılar. Lakin rəsmi instansiyalar birmənalı şəkildə bunları söyləyirdilər: “B.Lazar anadan olmayıb, təhsil almayıb, işləməyib, evlənməyib”.
B.Lazar o zaman “zühur” edir ki, Los-Alamosda fizikin iş telefonunun mövcud olduğu köhnə telefon məlumat kitabçası aşkarlanır. Habelə möcüzə nəticəsində daha bir ciddi sənəd-B.Lazarın ödədiyi vergilər barədə arayış da üzə çıxır.
“Ərazi-51” in varlığını sübut edən rəsmi açıqlamalar
Amerikalı politoloq Boyd Bushman ölmədən əvvəl özünü videoya çəkir. Onun əlindəki sənədlərdə yadplanetlilər haqqında informasiya və fotoşəkillər olub. Bushman, ABŞ rəsmiləri tərəfindən daim inkar edilən “Ərazi-51”in mərkəzini gördüyünü və orada yad planetlilərin quruluşu ilə bağlı tədqiqat aparan bir qrup alimin varlığına şahid olduğunu qeyd edib.
1995-ci il sentyabrın 29-da ABŞ prezidenti Bill Klinton 51-ci zonanın xüsusi statusu barədə sərəncam imzalayıb: “51-ci zona ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Bu baza barədə məlumatlar ictimaiyyətə çatmamalıdır…”
2016-ci il yanvarın 4-də isə Demokrat partiyasından prezidentliyə namizəd olan Hillari Klinton yad planetlilərin Dünyanı kəşfə gəlmiş olduğunu deyib. O prezident seçilərsə 51-ci ərazinin sirrlərindən danışacağına söz vermişdi. Amma seçilmədi…”Ərazi -51″ sirr kimi qaldı.
Vüsalə Əlövsətqızı

