Dünənki diaqnostik qiymətləndirmə imtahanında düşən suallar
05.03.2020 10:58Dünənki DQ imtahanında düşən sualları təqdim edirik:
Об этом сообщает Футляр от виолончели
1. Fənn kurikulumunda nə əks olunub?
1 – qiymətləndirmə növləri və üsulları
2 – mövzular
3 – məzmun (fənnin məqsədləri, məzmun xətti, standartlar, alt standartlar)
4 – həftəlik dərs saatlarının miqdarı
5 – ümumi təhsil pillələrinin nəticələri
6 – pedaqoji strategiyalar
A) 1, 3, 6
B) 1, 2, 4
C) 2, 3, 5
D) 3, 4, 6
2. Biri alt standartın funksiyasına aiddir?
A) Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
B) Mövzuların seçilməsinə xidmət edir
C) Summativ qiymətləndirmənin aparılmasını təmin edir
D) Diaqnostik qiymətləndirmənin aparılmasına xidmət edir
E) heç biri
3. İdrak taksonomiyasının səviyyələrinə aiddir.
A) Sintez etmə
B) Müqayisə etmək
C) Dərketmə
D) Dəstəkləmə
E) heç biri
4. Təfəkkürün inkişaf etməsini göstərən ifadələri müəyyən edinvə sxeme uyğun
olaraq sıralayın
1 – Məntiqi
2 – Tənqidi
3 – Yaradıcı
a. Əhəmiyyətin rolunu qiymətləndir
b. Oxşarlıqları və fərqləri tap
c. Proqnoz ver, müqayisə et və analoqu tap.
A) 1b, 2a, 3c
B) 1a, 2b, 3c
C) 1c, 2b, 3a
D) 1b, 2c, 3a
E) 3a, 1c, 2b
5. Aşağıdakılardan hansı iş forması deyil?
A) Müzakirə
B) Fərdi
C) Cütlərlə
D) Kollektiv
E) hec biri
6. İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Yadda saxlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
B) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
C) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
D) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
E) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
7 .Verilənlərdən alt – standartın funksiyalarını seçin:
1 – Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
2 – Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
3 – Təlimdə inteqrativliyi təmin edir.
4 – Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir.
5 – Təlimin məzmununun davamlı inkişafını təmin edir.
A) 1, 3, 5
B) 1, 2, 5
C) 2, 4, 5
D) 1, 2, 3
E) 1, 3, 4
8. Taksonomiyalar təlim prosesində hansı imkanları yaradır?
1 – Təlim məqsədlərini düzgün müəyyənləşdirmək.
2 – Dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata
keçirmək.
3 – Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək.
4 – Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.
A) 1, 3
B) 1, 2
C) 1, 4
D) 3, 4
E) 2, 4
9. Məzmun xətti nədir?
A) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş
məzmunun zəruri hissəsidir.
B) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
C) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
E) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş
məzmunun zəruri hissəsidir.
10. İdrak taksonomiyası üzrə səviyyə və təlim nəticələrini uyğunlaşdırın:
1 – Bilik a) dəyişir, nümayiş etdirir
2 – Anlama b) müəyyən edir, sadalayır
3 – Tətbiqetmə c) fərqləndirir, izah edir
4 – Analiz d) ayırır, müəyyən edir
A) 1 – b, 2 – c, 3 – a, 4 – d
B) 1 – c, 2 – b, 3 – d, 4 – a
C) 1 – b, 2 – c, 3 – d, 4 – a
D) 1 – b, 2 – d, 3 – a, 4 – c
E) 1 – b, 2 – c, 3 – d, 4 – a
11. Pedaqoji prosesin tamlığı nədir?
A) Təlim məqsədləri kompleks (inkişafetdirici, oyrədici, tərbiyəedici) şəkildə həyata kecirilir,
real nəticələrlə yekunlaşan muəllim və şagird fəaliyyətini əhatə edir.
B) Pedaqoji proses munasib maddi – texniki baza əsasında və sağlam mənəvi – psixoloji
mühitdə təşkil edilir.
C) Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və
qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.
D) hamısı aiddir
E) Heç biri
12. Təlimin təşkilinə aid deyil:
A) Nəticəyönümlülük
B) Pedaqoji prosesin tamlığı
C) Şagirdyönümlülük
D) Dəstəkləyici mühitin yaradılması
E) Təklif
13. Təlim strategiyalarına aid olanları seçin:
1 – Təlim fəaliyyətinin planlaşdırılması
2 – Qiymətləndirmə növləri
3 – İş formaları
4 – Təlimin nəticələri
5 – Məzmun standartları
6 – Üsullar
A) 1, 3, 6
B) 3, 4, 6
C) 1, 3, 4
D) 2, 3, 5
E) 1, 2, 3
14. Aşağıdakı fikirlərdən biri motivasiya mərhələsinə aid deyil.
A) İştirakçılar əldə etdikləri biliklərin informasiya mubadiləsini aparırlar.
B) Fəal dərsin birinci mərhələsidir.
C) İnsan təfəkkurunu hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
D) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
E) Heç biri
15. Motivasiyanın düşündürücü və məqsədəuyğun olması hansı bənddə göstərilib?
1 – tədqiqatı dərsin nəticələrinə istiqamətlədirir
2 – şagirdlərdə idrak fəallığı oyadır, 45 dəqiqə ərzində dərsin bütün mərhələləri
arasında vaxtı paylaşdırıb, onlaı tam şəkildə həyata keçirməyə imkan yaradır
3 – dərsi maraqlı edir, dərs vaxtında qurtarır
4 – şagirdlərdə fikrin təhrik etməsini stimullaşdırır
A) 1, 4
B) 3, 4
C) 2, 4
D) 2, 3
E) 1, 2

