Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya son vasitəyə əl atdı: Türkiyə sərhədində hərbi bazasını tikir – AÇIQLAMA

05.03.2020 10:58

Rusiyanın İrəvandakı səfiri İvan Volinkin Türkiyə sərhədləri yaxınlığında Rusiyaya aid Erebuna hərbi bazasının genişləndirilməsinin müzakirə mövzusu olduğunu bildirilib.

Об этом сообщает Руспрес

Saytımızın məlumatına görə, rus səfir Volinkin Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirilməsinin qarşısında hər hansı bir əngəl olmadığını bildirib. Bu barədə məlumat yazan “Sputnik”in xəbərinə görə, Volinkin Ermənistandakı rus hərbi bazasının Ermənistanın təhlükəsizliyini təmin etmək və müxtəlif problemlərinin həlli üçün fəaliyyət göstərəcəyini qeyd edib.

Həmçinin rus səfir Rusiya və Ermənistan arasındakı hərbi razılaşmaların təməlində Erebuna hərbi bazasının genişləndiriləcəyini də vurğulayıb.

Rusiya 1995-ci ildə Erebuna hərbi bazasını yeni nəsil hərbi təyyarələr və helikopterlərlə təmin edib.

Qeyd edək ki, Rusiyanın Ermənistanın Türkiyənin sərhəddinə yaxın Gümrü şəhərində də hərbi bazası yerləşir.

Firuzə Alimova