Niyə 600-700 və aşağı bal toplayanların sayı artır?
05.03.2020 10:58Aprelin 30-u və mayın 7-də Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanı həyata keçirdi. İmtahanlarda cəmi 10 nəfər 700 bal topladı. 600-dən yuxarı nəticə göstərənlərin sayı da az deyil.
Об этом сообщает Футляр от виолончели
Ümumilikdə, ötən illərlə müqayisədə 600-700 bal toplayan abituriyentlərin sayı çoxalır, orta bal toplayanların sayı isə kəskin şəkildə aşağı düşür. Bu nə ilə əlaqədardır?
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq A24.Az-a açıqlamasında bildirdi ki, yüksək bal və aşağı ballara arasında böyük uçurumun yaranmasında əsas səbəb Azərbaycanda diplom sevdalısı olan valideynlərin və şagirdlərin sayının artmasıdır. “Ali məktəbə qəbul imtahanlarında orta bal toplayanların sayı çoxalır və 250-dən aşağı bal toplayanların da sayı çoxalır. Valideynlərin və şagirdlərin dünya təcrübəsi, həyata baxışı formalaşmır, sadəcə yüksək nəticə toplayım və digərlərindən fərqlənim yönümündə addımlar atılır”.
Şəmil Sadiq onu da bildirdi ki, 700 bal toplamaq da o qədər də asan iş deyil. “Ümumilikdə, son 2-3 ildə 300-400 bal toplayanların sayı 5-6 il bundan qabaqla müqayisədə aşağı düşür. İmtahanda əldə edilən zəif nəticələr təhsilin aşağı səviyyədə olduğunu göstərən əlamətdir. 100 min civarında imtaha girən şagirdlər arasında 700 bal toplayanların 10 nəfər olması hələ aşğı göstəricidir. Çox ola bilərdi, niyə də olmasın? Hələ də bu problemlərin olması maariflənmənin aşağı səviyyədə olduğuna işarədir. Hər kəs bilik dalınca qaçır. Amma 700 bal toplayan uşaqların həyat təcrübəsində topladıqları bu bal nə dərəcədə təsirli olacaq?”
“700 bal repetitor və hazırlıq kurslarının nəticəsidir”
Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov A24.Az-a açıqlamasında qeyd etdi ki, ildən-ilə abituriyentlərin sayının azalması abituriyentlərin topladığı nəticələrə, orta statistik bazaya ümumililkdə təsir göstərir, getdikcə aşağı yuxarı bal toplayanlar arasında fərq kəskinləşir. “Bunun ilk səbəbi imtahanda iştirak edən abituriyentlərin qəbul proqramını tam şəkildə bitirməmələrindədir. Aprelin 30-u və mayın 7-də iştirak edən abituriyentlər qəbul proqramını tam şəkildə bitirməyiblər. Yalnız hazırlıqlı abituriyentər – repetitor yanında uzun müddətdir ki hazırlığa gedənlər qəbul proqramına tam hazırlaşıblar. Bu da bir daha təsdiq edir ki, qəbul imtahanlarında suallar heç də şagirdlərin öyrəndikləri əsasında deyil, dərsdən əlavə repetitor yanında, kurslarda əlavə öyrəndikləri biliklər əsasında həyata keçirilir. Yüksək nəticə göstərənlərin hamısının nəticəsi orta məktəb nəticəsi deyil. Repetitor yanına və hazırlıq kurslarına gedənlər proqramı əvvəlcədən bilirlər, artıq bitiriblər və sürətli proqramlarla təkrara keçiblər”.
“Toplanılan orta ballar ümumtəhsil məktəblərinin nəticəsidir”
Ekspert K.Əsədov qeyd etdi ki, qəbul imtahanlarında orta və aşağı bal toplayanlar proqramları bitirmədiklərinə görə, yalnız orta məktəb səviyyəsində bildiklərilə qəbul imtahanında iştirak edənlərdir. “Onlar da düşünürdülər ki, qəbul imtahanları iyul ayında olacaq, may ayının sonu, iyunun əvvəllərində tədris prosesini bitirə biləcək və proqramı təkrarlayacaqlar”. İmtahanlar isə tədris prosesi bitmədən həyata keçirilir”.
Ekspert imtahanlarda reallağı əks etdirməyən məlumatların olduğunu bildirir. “Təkcə 10 nəfərə yaxın adam 700 bal toplayıb. Halbuki onlar orta məktəbi bitirmədən o sulları necə cavablandıra bilərlər? Hər qrupda 10-a yaxın sual bundan sonra keçiriləcək proqramın suallarıdır. Hansı şagird keçmədiyi mövzuda doğru suala cavab verə bilər? Bu da onu göstərir ki, bu proqramı əvvəlcədən orta məktəbdə deyil kurslarda mənimsəyib. Orta məktəbdə heç bir müəllim tədris proqramını pozub, dərsi əvvəlcədən keçə bilməz. Məktəbin funksiyası və səlahiyyəti ali məktəbə uşaq hazırlamaqdan ibarət deyil, şəxsiyyət yetişdirməkdəndir. Yüksək balların sayının çoxalması yalnız hazırlıqlı, repetitor yanına gedən uşaqların sayəsindədir. Az bal toplayanlar isə orta məktəb səviyyəsində biliklərlə iştirak ediblər ki, onlar da keçid balı toplaya bilməyənlərdir”.
Vüsalə Əlövsətqızı

