Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

MTN-nin “yediyi” pulla Azərbaycanı dolandırmaq olarmış – Şok məbləğ

05.03.2020 10:58

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən agentura şəbəkəsinə xərclənən pul vəsaitinin miqdarı açıqlanıb.

A24.Az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinə daxil olan MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub.

Об этом сообщает Футляр от виолончели

Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, keçmiş nazirliyin Maliyyə İdarəsindən daxil olmuş məlumatlara görə, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş “9-cu maddə” üzrə Antiterror Mərkəzinə 8.319.533.45 AZN, 2.033.467 ABŞ dolları və 450.570 avro məbləğində pul vəsaiti verilib.

Qeyd olunur ki, Əks-Kəşfıyyat Əməliyyatları İşi üzrə cəmi 5.148.735 manat və 1.358.500 dolları pul vəsaitinin mənimsənildiyini qənaətinə gəlinib.

Məlumat üçün bildirək ki, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.