Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Quranın paylanılması qadağan edildi – ölkənin digər qadağaları da kəskindir

05.03.2020 10:59

Avstriya parlamenti ictimai yerlərdə niqab taxılmasını və Qurani-Kərimin paylanmasını qadağan edən qanunu təsdiqləyib.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Milli Şurada aparılan səsvermədə Avstriya Sosial-Demokrat Partiyası (SPO) və Avstriya Xalq Partiyası (ÖVP) millət vəkilləri qadağanın tərkib hissəsi olan təkliflər paketini qəbul edib.

Niqab və Qurani-Kərimə QADAĞA…

Qəbul edilən qərara görə, ictimai yerlərdə bədəni və ya üzü tamamilə bağlayan geyimlərin geyinilməsi qadağan edilib.

Qadağanı pozana 150 avro cəza…

Oktyabr ayından etibarən qüvvəyə minəcək qadağanı pozanlar 150 avro dəyərində cəzalandırılacaq. Bundan başqa Qurani-Kərimin ictimai yerlərdə paylanmasına da qadağa qoyulub.

Sığınma haqqı ilə bağlı müraciət edənlərə alman dili problemi…

Qanunda həmçinin sığınacaq üçün müraciət edənlərə alman dili və inteqrasiya kursunu bitirmə öhdəliyi irəli sürülüb. Bundan başqa sığınacaq üçün müraciət edən miqrantlar ictimai yerlərdə işləmək və həmin kurslara getmək məcburiyyətindədirlər. Bu kurslara getməkdən imtina edənlərin isə maddi yardımları kəsiləcək.