QİÇS-ə yoluxan kişidən uşaq ola bilərmi?
05.03.2020 10:59Statistikaya görə, 2017-ci ildə 3 ay ərzində Azərbaycanda 108 nəfər İİV-ə (İnsanda İmmun Çatışmazlığı Virusu) yoluxub. Bunlardan 71-i kişi, 36-sı qadın, 1 nəfəri isə əcnəbi vətəndaşdır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Onlardan 19-u İİV infeksiyasından dünyasını dəyişib.
Об этом сообщает Роспрес
İİV insanın immun (müdafiə) sistemini məhv edən virusdur, onun təsiri nəticəsində insan orqanizmi ən adi infeksiyalara qarşı müqavimət qabiliyyətini itirir. QİÇS (Qazanılmış İmmunçatışmazlığı Sindromu) isə İİV-in sonuncu mərhələsidir.
İİV qanda, spermada, vaginal ifrazatda və ana südündə olur.
Qeyd edək ki, İİV heç bir halda özünü büruzə vermir. Yalnız qan testi nəticəsində müəyyən edilir. 6-8 il ərzində heç bir şəkildə insanda İİV-in olduğunu bilmək mümkün deyil.
QİÇS-lə mübarizə etmək üçün əhali arasında maarifləndirmənin aparılması mütləqdir.
A24.Az olaraq İİV və QİÇS-ə qarşı mübarizəyə qoşuluruq. İnsanları ən çox maraqlandıran sual və cavabları təqdim edirik:
Sual: Zərifə K, 27 yaş. Ərimdə İİV-ə yoluxma aşkar edilib. Mən isə yoluxmamışam. İstəyirik ki, uşağımız olsun, amma qorxuruq ki, bu zaman mən də, uşaq da yoluxaq. Təhlükəsizliyi təmin edən elə bir üsul varmı?
Cavab: Sizin ailədə olduğu kimi, partnyorlardan birinin İİV-ə müsbət, digərinin isə mənfi olduğu cütlüyə diskordant cütlük deyilir. Diskordant cütlüklərdə İİV-mənfi şəxsin yoluxmaması, arzuolunmaz hamiləlikdən qorunması və gələcək övladı yoluxma təhlükəsi qarşısında qoymaması üçün cinsi əlaqə zamanı mütləq qoruyucu vasitədən (prezervativdən) istifadə etmək gərəkdir. Qoruyucusuz, tək bircə cinsi akt belə yoluxma riski törətdiyindən, təbii mayalanma diskordant ailədə uşaq dünyaya gətirmək üçün yaramır.
Lakin diskordant cütlüklərin övlad arzusu yoluxma baxımından təhlükəsiz üsullarla həyata keçirilə bilər. Sizin ailədə olduğu kimi kişi İİV-müsbət, qadın İİV-mənfidirsə, bu üsul xüsusi avadanlığı olan laboratoriya şəraitində spermanın toxuma mayesindən ayrılaraq yuyulmasını, təkrar müayinəsini və yalnız bundan sonra ekstrakorporal və ya adi süni mayalandırmanı nəzərdə tutur. ARV müalicənin tətbiqi həmçinin insanda virus yükünün səviyyəsini aşağı salır və cinsi əlaqə zamanı virusun partnyora ötürülməsi ehtimalını azaldır.

