Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanlı şahmatçı dünyanın XIII dahisi oldu, adını dünya tarixinə yazdırdı – VİDEO

05.03.2020 10:59

Azərbaycanlı şahmatçı tarixi uğura imza atdı.

Об этом сообщает Роспрес

Bakıda İslam Həmrəylik Oyunları keçirilən ərəfədə Azərbaycan idman tarixinə keçən bir hadisə baş verdi. Şahmat aləmində “Şah” kimi tanınan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov dünya şahmat tarixində 2800 ELO-nu (reytinq balı) keçə bilən 13-cü şahmatçı oldu.

Şəhriyar Məmmədyarovun bu uğuru sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Şəhriyar bu uğurunu sosial şəbəkədəki hesabından bu formada bölüşüb:

Məmmədyarov iki dəfə Dünya Gənclər çempionu, 2013-cü il Dünya Rapid (sürətli) şahmat çempionu, həmçinin Talın xatirəsinə həsr olunmuş turnirin 2010 və 2014-cü illərdə qalibi olub. Ard-arda iki dəfə Vüqar Həşimovun xatirəsinə keçirilən Şəmkir Şahmat turnirinin də qalibidir (2016 və 2017). 32 yaşlı şahmatçının karyerasındakı uğurlar kifayət qədərdir.

Hal-hazırda həmyerlimiz Şəhriyar Məmmədyarov dünyanın ən güclü 5 şahmatçısından biridir.

Həmyerlimizin sürətli şahmat üzrə uğuru daha böyükdür. Belə ki, Şəhriyar rapid şahmat üzrə dünyanın ən güclü 3 şahmatçısından biridir.

Şəhriyar Həmid oğlu Məmmədyarov 12 aprel 1985-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub. Ona şahmat oynamağı atası öyrədib və həmin ilin yayında Şəhriyar Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.

Məmmədyarovlar ailəsi Azərbaycanda üç Beynəlxalq qrossmeysterdən ibarət yeganə şahmat ailəsidir : Şəhriyar Məmmədyarov, böyük bacısı-Zeynəb Məmmədyarova və kiçik bacısı-Türkan Məmmədyarova. Eyni zamanda Şəhriyar 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olmuş yeganə şahmatçıdır.

Şəhriyar Məmmədyarovun rusiyalı qrossmeyster Vladimir Kramniklə qarşılaşması:

Şahmatçımıza daha böyük uğurlar arzulayırıq!