Milyardlıq qiyməti olan ATA Holdinqə Fazil Məmmədovun yerinə rəhbər kim olacaq?
05.03.2020 10:59“ATA Holdinq kimindirsə, ona da məxsus olaraq qalacaq. Bu holdinqi kimin idarə etməsi heç bir əhəmiyyət kəsb etmir”
Об этом сообщает Роспрес
Bu fikirləri A24.Az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vergilər naziri postuna yeni təyinatı şərh edərkən deyib.
ATA holdinqin qeyri-rəsmi idarəedicisi sabiq Vergilər naziri Fazil Məmmədov olduğundan holdinqin də onu kurasiyasından çıxarılması barədə suallar yaranıb.
Sərdar Cəlaloğlunun sözlərinə görə, holdinqi kimin idarə etməsi formal xarakter daşıyır. Əsas holdinqin arxasındakı gücdür.
– Sizcə Ata Holdinqin də idarəsi Mikayıl Cabbarova tapşırıla bilərmi?
“Düşünmürəm. Çünki holdinq idarəsi həddindən artıq ciddi işdir. Bu posta işi görə biləcək mütəxəssis təyin olunmalıdır. İqtisadi, maliyyə biliyi, təcrübəsi olmayan birinə həvalə etməzlər. Nazirliyi həvalə etmək olar, çünki orda dövlətə ziyan dəyə bilər. Amma holdinq şəxsidir. Ziyan dəyərsə, şəxsi biznesə dəyəcək. Bu baxımdan özəl biznesin idarə olunmasına mütəxəssislər cəlb edilir. Formal övladlarını, qohumlarını təyin edirlər, amma idarəedən qüvvə başqası olur”.
Sərdar Cəlaloğlu əlavə edib ki, Mikayıl Cabbarov dövlətə daha yaxın və sədaqətli biridir ki, vergilər naziri təyin edilib.
“O, təhsil naziri təyin ediləndə də cəmiyyətdə kifayət qədər etirazlar vardı. İndiki təyinatı da sual doğurur. Çünki nə təhsili, nə savadı, nə də təcrübəsi imkan vermir ki, vergilər naziri olsun”.
Nərmin Kərim, A24.Az

