“Hyundai” aşdı, rusiyalı qadın xəstəxanalıq oldu
05.03.2020 10:59Hacıqabulda baş verən avtoqəzada 55 yaşlı qadın ağır xəsarət alıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, Bakı-Qazax magistralının 130-cu kilometrliyində Hacıqabul rayonu ərazisində “Hyundai” markalı 90 CH 025 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan Vladivostok vilayətindən olan Rusiya vətəndaşı, 1962-ci il təvəllüdlü Qasanova İrina Alekseyevna ağır kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
APA

