Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İbadətə tələsən hindistanlılar basabasda öldülər – VİDEO

05.03.2020 10:59

Hindistanın şərqindəki Carkhand ştatında 11 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Yerli polisin onlarla insanın yaralandığını bildirib. 
“A24.az” ANSPRESS-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında minlərlə insan ölkənin ən iri ziyarət mərkəzlərindən olan Deoqarkx şəhərində yerləşən məşhur məbədə toplaşıb. Darvazalar açılarkən məbədin qarşısında izdiham baş verib və hamının içəriyə birinci girməyə can atması sonda fəlakətlə nəticələnib.

Об этом сообщает Роспрес

Yaranmış basabasda 11 nəfər ölüb, onlarla insan xəsarət alıb. Xəsarət alanlar yerli hospitala yerləşdirilib.

Qeyd edək ki, Hindistanda dini mərasimlər zamanı insanların kütləvi tələf olması ilə nəticələnən izdihamlar tez-tez baş verir. Təkcə ötən ay ölkədə dini mərkəzlər qarşısında iki belə hadisə qeydə alınıb.

Keçən ay Hindistanın Puri şəhərində Ratxa-Yatra festivalında 1,5 milyon insan iştirak edib. Festival ərəfəsində məbədə baş çəkən insanların qapıdan içəriyə girərərkən bir-birilərinə aman verməmələri 2 qadının ölümü, onlarla insanın yaralanmasına səbəb olmuşdu.

Saytımız mövzu ilə bağlı videogörüntünü təqdim: