İbrahimoviç: “Mən heyvan kimiyəm”
05.03.2020 10:59Fiziki durumumdan razıyam. Məşqçim mənim üçün xüsusi əla proqram tərtib edib.
Об этом сообщает Руспрес
A24.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç klubun rəsmi saytına bildirib.
O deyib ki, məşqçisi onu fiziki tərəfdən Premyer Liqanın oyunlarına uyğunlaşdıra bilib: “Ümumiyyətlə, fiziki durumum yaxşıdır. Ona görə də belə uzun müddətə oynaya bilirəm. Mənim qeyri-adi bədənim var. Mən heyvan kimiyəm. Həmişə hərəkətdə ola və yaxşı görsənə bilərəm”.

