İcra başçısı Ermənistan mətbuatını ifşa etdi: “O tərbiyəsizlər hardan müşahidə aparıblar ki,…”
05.03.2020 10:59“Ağdamda kənd sakinləri, eləcə də digər məcburi köçkülər- heç kim evlərindən bir qarış belə kənara addım atmayıb”
Об этом сообщает Руспрес
Bunu A24.Az-a Ağdam rayonu İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov erməni mətbuatının “cəbhəyanı ərazilərdəki kəndlər boşaldılır” başlıqlı informasiyalarına münasibət bildirərkən deyib.
İcra başçısının sözlərinə görə, kənd sakinləri, eləcə də digər məcburi köçkülər- heç kim evlərindən bir qarış belə kənara addım atmayıb:
“Hamı yerindədir. O tərbiyəsizlər hardan müşahidə aparıblar ki, belə bir yalan, uydurma informasiyaları yayırlar. Bu xəbəri ortaya atanlara demək istəyirəm ki, o torpaq üçün bu insanların hamısı canından keçməyə hazırdır. Heç kim nə evini, nə də torpağını boşaltmayıb. Hamı bu dəqiqə öz iş-gücündədir”.
İcra başçısı qeyd etdi ki, atışma olsa da, heç bir gərginlik yoxdur.
“Bu gecə nə bir adam kəndi tərk edib, nə də evindən çıxıb. Hər kəs öz yerindədir. Mən keçən dəfə də mətbuata açıqlamamda demişəm, əgər kəndə hər hansı bir artileriyadan atəş açılarsa, könüllü olaraq biz özümüz deyirik ki, xəstələri, qadın və uşaqları aşağı kəndlərə aparın. Amma bundan başqa hamı öz evində-eşiyində olmalıdır. Bu gün isə bütövlükdə xəstəsi də, sağlamı da, qocası da, cavanı da hamı burdadır, heç kim heç hara getməyib. O tərbiyəsizlər deyin ki, məktəblərimiz, bağçalarımız öz işində fəaliyyətlərini davam etdirirlər”, – deyə icra başçısı bildirdi.
Orxan Aslanlı

