İcra başçısı tanınmış müğənnini qəbul etdi
05.03.2020 10:59Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov görüş keçirib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı tanınmış opera müğənnisi, Koroğlunun gənc ifaçılarından olan Ülvi Qılıncı qəbul edib.
Görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonağı salamlayıb, gənc opera ifaçısını Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Görüşdə gənc müğənniyə Şəmkirin tarixi və mədəniyyət abidələri haqda məlumat verilib.
Ülvi Qılınc da Şəmkir RİH başçısı cənab Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib, rayona səfəri haqqında danışıb.
Görüş zamanı qonaq Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında da söhbət açıb.

