Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İdmançılarımız dini elementli təşkilatlara necə qoşulurmuş? – Uzun saqqalına görə qovulan, ərəb çöllərində İŞİD üçün ölən…

05.03.2020 10:59

Bir neçə gün öncə güləş üzrə Azərbaycan yığmasının üzvü, olimpiya çempionu Toğrul Əsgərovun millimizdən imtina edərək, Türkmənistan bayrağı altında döyüşməyi seçməsi ölkə gündəmini sözün əsl mənasında alt-üst edib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, olimpiya çempionu bunu öz “Facebook” səhifəsi vasitəsilə açıqlayıb.

Bütün bunlar ağıllarda bir sualı yaradır, idmançılara ölkəni layiqincə təmsil etmələri üçün şərait yaradıldığı halda niyə bizdən üz döndərirlər?

İdman yazarı Natiq Muxtarlı saytımıza açıqlamasında belə bir iddia ortaya atıb:

“Eyham vurulub ki, Toğrul bəzi cərəyanlara qoşulub. Ümumiyyətlə, Azərbaycanın bəzi idmançıları hansısa dini cərəyanların üzvüdür. Bu da idmanda müəyyən problemlər yaradır. Çox böyük ehtimalla mən hesab edirəm ki, Toğrul da hansısa dini cərəyana qoşulduğuna görə federasiya ilə arasında problem yaranıb”- deyə idman yazarı vurğulayıb.

Bu federasiyada ilk belə fakt olmadığından, müəyyən qədər həqiqətə uyğundur.

Daha öncə də güləşçi Elçin Əliyev əqidəsinə görə (sələfi)  xeyli problem yaşayıb  hətta məlumatlara  görə, komandanın təlim-məşq toplanışından da qovulub.

Güləşçi isə açıqlamasında millidən qovulmadığını sadəcə, federasiya saqqalını qırxmasını tələb etdiyi üçün özü millini tərk etdiyini deyib.

“Guya, əstağfurullah, məni vahabi adlandırırlar. Hər kəsin azad yaşamaq hüququ var. Mənim Allahım hər şeydən üstündür. Əgər məni belə qəbul edəcəklərsə, qayıdacam, yoxsa əsla”- deyə güləşçi bildirib.

Sonralar Elçin Əliyevin yunan-roma güləşi üzrə milli komandadan qovulamsının detalları məlum olub. Belə ki,  idmançı millinin iranlı baş məşqçisi Çəmşid Xeyrabadinin tələbi ilə komandadan uzaqlaşdırılıb. Elçin Əliyevin  sələfi təriqətinə inanc gətirməsi şiə olan iranlı məşqçinin etirazı  ilə qarşılanıb. Nəticədə idmançı qadağaya məruz qalıb.

Federasiya güləşçini yalnız saqqalını qırxdığı halda milliyə qaytaracağını desə də, sonradan fikrindən daşınıb və o , geri qaytarılıb.

Dəhşətlisi budur ki, idmançılarımızdan öz əqidəsinə görə mübarizəyə qoşulan və həyatını itirənlər də olub. Bu Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayevdir . O “İŞİD”in tərkibində “Al Bara” ləqəbi ilə  döyüşüb və Mosul şəhərində Dağıstandan olan digər dindar, “Əbu Zeyd” kimi tanınan Məhəmməd Əhmədovla birgə qətlə yetirilib.

İdmançının ölüm xəbəri 2016-cı il sentyabrın 22-də öz qohumları tərəfindən yayılıb. O, pilotsuz qurğu ilə zərbədən sonra dünyasını dəyişib. Həmin vaxt “Əbu Zeyd”lə birgə avtomobildə daha 5 nəfər olub. Onlardan da biri “Al Bara” imiş. Çamsulvarayevin ölümünü Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Yeri gəlmişkən, dinsiz olduğundan dolayı problem yaşayan idmançılarımız da var. Belə ki, “Qəbələ” futbol klubunun futbolçusu Bəhlul Mustafazadənin ateist olduğunu dilə gətirməsi baş məşqçi və klub rəhbərliyinin xoşuna gəlməyib. Bu səbəbdən  futbolçu bir müddət heyətdən kənar qalmalı olub. Hətta bildirilib ki, Bəhlul Mustafazadə sözlərini geri götürməsə, komandadan göndəriləcək. Sonralar Mustafazadə “Sumqayıt” futbol klubunun heyətinə keçib.

Qeyd edək ki, Azərbaycan idmanında adı müxtəlif dini təriqətlərlə hallanan lakin,  fakt olmadığı üçün ad çəkilməsi mümkünsüz olan idmançılarımız çoxdur.