İdmançının uzunluğa tullanma zamanı pariki düşdü – VİDEO
05.03.2020 10:59Norveçin paytaxtı Osloda keçirilən uzunluğa tullanma yarışı zamanı nigeriyalı idmançı Blessinq Okaqbarenin pariki düşüb.
Об этом сообщает Роспрес
A24.az-ın xəbərinə görə, hadisənin görüntüsü YouTube portalında IAAF Diamond League kanalında yerləşdirilib.
Cəhdlərin birində idmançının pariki başından yerə düşüb və bir müddət qumun üstündə qalıb. Okaqbare sonradan parikini götürüb və meydançanı tərk edib.
Qeyd edək ki, 6 metr 48 santimetr nəticə göstərən Blessinq Okaqbare yarışda yeddinci yeri tutub.

