Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İdmandan sonra yeyilməsi məsləhət olmayan 5 qida

05.03.2020 10:59

Kalori atmaq üçün idman edərkən idmandan sonra yediklərinizlə kalori almayın . 

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, idmandan sonra istədiyimiz hər şeyi yesək, kilo almayacağıq deyə düşünürük. Ancaq heç də elə deyil. Məşqdən sonra yeyilməsi məsləhət olmayan bir çox yemək var. Hazırladığımız siyahıya mütləq göz gəzdirin.

İdmandan sonra yeyilməsi məsləhət olmayan 5 qida:

1) Qazlı içkilər: İdmandan sonra bədəndəki maye azalır. Susuzluğu yatırmaq üçün bir neçə üsula əl atırıq. Qazlı içkilər cazibəli gəlsə də, onlardan ümumiyyətlə imtina etmək lazımdır. Çünki şəkər ehtiyatıdır və idmandan sonra içmək olmaz. İdmandan sonra itirdiyiniz mayeni geri almaq üçün çoxlu su için.

2)Enerji barları: Enerji verən qidaların tərkibində yüksək miqdarda şəkər var. İdmandan əvvəl yeyildiyində enerjinizi önəmli ölçüdə yüksəldir. Bu səbəblə enerji verən qidalar idmandan sonra yox, əvvəl qəbul edilməlidir. İdmandan sonra qəbul etsəniz, metabolizmanı zəiflədər və yuxunuzu qaçırar.

3)Südlü şokolad : İdmandan sonra çoxumuz şirniyyat tələb edir və südlü şokolad yeyirik. Amma südlü şokoladların tərkibində şəkər və zərərli yağlar var. Şirniyyat istəyini meyvələrlə öldürə bilərsiniz. Yox, əgər şokolad istəyirsinisə, acı şokoladlara üstünlük verməlisiniz.

4)Yağlı pendir: Nə qədər ləzzətli olsa da, idmandan sonra yağlı pendir aclığı yatızdırmağın ən səhv üsuludur. Əgər nəfsinizi saxlaya bilmirsinizsə, az kalorili pendir yeyin.

5)Fast food: Tərkibi yüksək miqdarda yağ, şəkər, duz olan fast foodlar sağlamlıq üçün təhlükə mənbəyidir. Xüsusən də, idmandan sonra yemək olmaz. Onlar pəhrizi və idmanı heçə endirərək, kökəlməyə meylləndirir. İdmandan sonra aclığınızı öldürmək üçün banan və ya avakado kimi kaliumla zəngin meyvələr yeyə bilərsiniz.