İƏT sədrindən açıqlama: “Fələstini tanımayan ölkələri…”
05.03.2020 10:59İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sədri Yusuf bin Ahmed Əl Useymin Zirvə toplantısının açılışında çıxış edib.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Qüdsün müsəlmanlar üçün də müqəddəs olduğunu bilməyənlər tərəfindən alınan qərarlardan dolayı toplaşdıqlarını xatırladan Useymin ABŞ-ın verdiyi bu qərarın bütün beynəlxalq prinsiplərə zidd olduğunu vurğulayıb: “Qüdsə qarşı verilmiş bu qərar vəziyyəti daha da ağırlaşdıracaq”.
Daha sonra Useymin işğalçı İsrail qüvvələrinin Qüdsdən uzaq durmaları üçün bir yerə toplaşdıqlarını bildirib:
“Qüds Fələstin dövlətinin paytaxtıdır və 1967-ci ildən bu yana onun ayrılmaz hissəsidir. Bütün beynəlxalq müqavilələr də eyni şeyi söyləməkdədir. Orta Şərqdəki sabitliyin təməli Fələstinin vəziyyətini açıq şəkildə həll etməkdən keçir. Çünki Fələstin xalqının paytaxtı Şərqi Qüds olan bir dövlət qurmaqda haqqı var”.
İsrailin bu mövzuda planlarını yox etmək üçün atılacaq addımların hər birini düşünmək lazım olduğunu deyən Useymin “Fələstin dövlətini qəbul etməyimiz lazımdır. Beynəlxalq aləmdə dövlət olaraq qəbul etməyən ölkələrə də sülhü təmin edə bilməmiz üçün bunu etməyimizin vacibliyini söyləməliyik. Qüds bizim qəlbimizdə yer alan bir yaradır, amma təkbaşına həll olunmayacaq. Birlikdə əl-ələ verib həmrəy olmalıyıq” ifadələrini işlədib.
Firuzə Alimova / A24.az

