Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İki aydır keçirilən imtahan nəticələri açıqlanmır- Ekspert rəyi

05.03.2020 11:00

5 mart 2017-ci ildə, yəni iki ay və ya 60 gün əvvəl DİM 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib. Amma hələdə bu imtahanların nəticələri elan olunmayıb.

Об этом сообщает Руспрес

Qeyd etmək lazımdır ki, imtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən müəyyən müddət lazımdır, amma iki aydır nəticələrin bəlli olmaması şagirdlərdə də gərginliyə və narahatlığa səbəb olub.

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən təhsil üzrə ekspert İlham Əhmədov, bildirib ki, 9-cu sininf üzrə iki ay əvvəl keçirilən həmin proses hazırlanan pilot layihənin hələ birinci mərhələsidir.

“Əgər bu vaxta qədər yazılar yoxlanılmayıbsa bu, pilot layihənin təşkilinə adi bir prosesdir. Bu prosesdə testlərin yoxlanma üsulları da pilot layihədə dönə-dönə sınaqdan keçirilir. Gələcəkdə tətbiq olunacaq üsullarda problemlər olmaması üçün bu pilot layihələrin keçirilməsi vacibdir. Bu mərhələdə yaranan problemlərin həll yolları tapılır. Sadəcə, pilot layihədə vaxt məsələsi var və bununla bağlı əsas layihədə yeni konstruksiylar ediləcəyini düşünürəm”.- ekspert bildirib.

Pilot layihə uğursuzluğa düçar oldu?

Nəzərə alsaq ki, iki fəndən kurikulumun tələbi iləm keçirilən 9-cu sinif buraxılış imtahanı nəticələrini bu müddətə yoxlayıb bitirmək mümkün olmayıbsa, iki ildən sonra (2019-cu ildə) 5 ixtisas qurupu, 15 fənni və bir neçə bölmə üzrə imtahanın nəticələrinin yoxlanılması nə qədər vaxt alacaq? Bu məsələdə obyektivlik necə təmin olunacaq?

Ekspert, “Pilot layihəni uğurlu hesab etmək üçün əvvəlcə onun nəticələri üzə çıxmalıdır. Bundan sonra müzakirə oluna bilər ki, pilot layihədə qoyulan məqsədlərə nail olunub, ya yox. Ancaq nəticələr məlum olduqdan sonra proses cilalanmalıdırmı, şagirdlərin bu sistemlə biliklərinin kütləvi şəkildə yoxlanılmasında hansı çətinliklər ola bilər, onların yoxlanılması üçün hansı müddət qoyulmalıdır  suallarına cavab tapmaq olar. Daha sonra da test yoxlanması, onların keçirildiyi yerlər, iş şəraiti, aktivliyin təmin olunması və s. məsələlər müzakirə olunmalıdır. Buna görə gələcəkdə ola bilər ki, həmin pilot layihənin reallaşdırılması zamanı hər hansı məqsədəuyğun dəyişikliklər edilsin”.- bildirib.

Natavan Abdulla