İki dəfə nişanı pozulan Mətanətin qızı bu dəfə əcnəbi ilə nişanlandı
05.03.2020 11:00Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər nişanlanıb.
Об этом сообщает Роспрес
Saytımız “axşam.az”a istinadən xəbər verir ki, müğənninin qızını verdiyi şəxs azərbaycanlı deyil. Belə ki, Ülkər Türkiyə vətəndaşına ərə getməyə hazırlaşır. Cütlüyün toy mərasimi bu yaxınlarda baş tutacaq. Ailələr artıq toy hazırlıqlarına başlayıblar.
Qeyd edək ki, Ülkərin nişan mərasimi Novruz bayramı ərəfəsində olmuşdu. Onlar xəbəri hər kəsdən gizli saxlamağa çalışıblar.
Nişan mərasimində yalnız ailə üzvləri iştirak ediblər. Ülkər bundan əvvəl iki dəfə nişanlı olub. Bundan başqa, M.İsgəndərlinin bir oğlan övladı da var. Kərim ailəlidir və üç uşaq atasıdır.

