Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İki “VAZ” toqquşdu, yaralananlar var

05.03.2020 11:00

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, hadisə Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomaşınla toqquşub. Qəza nəticəsində bir ailənin iki üzvü xəsarət alıb. Yaralılar – rayonun Ocaqlı kənd sakinləri, 1964-cü il təvəllüdlü Abıyev Bəhmən Bəhmən oğlu və 1967-ci il təvəllüdlü Gülnaz Məmi qızı Abıyevadır. Onlar Cəlilabad rayon mərkəzi xəstəxanasının travma şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

APA