“İkibaşlı şou”nun yaradıcıları: “Bizə baxan toplum Azərbaycan kanallarına baxmır” – VİDEOMÜSAHİBƏ
05.03.2020 11:00Çağdaş Azərbaycan komediyasının durumu əksər intellektuallar tərəfindən tənqid olunur. Yumor ustalarının gülüş yaratmaq cəhdlərinin məhəlli mövzular, ənənəvi bədən hərəkətləri, vulqar ifadələrdən uğursuz istifadələr üzərində qurulduğu vurğulanır. Hansı ki, bu cəhdlərə toplum gülsə də, ziyalılar belə yumorun cəmiyyətin inkişafına deyil, əksinə, cahilliyə meyilləndirdiyini düşünür.
Об этом сообщает Руспрес
Bütün sahələrdə olduğu kimi yumor sahəsində də alternativ tərzin inkişafa təsir göstərəcəyi danılmazdır.
A24.Az –ın qonaqları Azərbaycanda alternativ yumorlu “skeç”lərilə gündəmə gəlməyi bacaran “İki başlı şou”nun yaradıcıları Kənan Yusif və Erkin Ergin olub.
Gənc aktyorlar xeyli vaxt bu sahədə çalışmalarına baxmayaraq “İki başlı şou” adı altında “skeç”lərini hazırlamağa bir neçə ay öncə başlayıblar. Kiçik zaman kəsiyində minlərlə internet istifadəçilərinin diqqətini çəkə biliblər.
Kənan Yusif və Erkin Ergin A24.Az –ın studiyasında Azərbaycan və dünya yumorunun fərqi, yumorun cəmiyyətdə rolu ilə bağlı fikirlərini bölüşüblər. Onlar qeyd ediblər ki, hər arealın, cəmiyyətin öz yumoru var. Hazırki dünya yumoru Azərbaycan cəmiyyəti üçün çox da gülməli deyil. Lakin yüksək dəyərləri hədəfləyən yumorun önəmi çox olduğundan hər bir yumor ustası “performans”ını bu məqamlara kökləməyə borcludur. Aktyorlar səhnələrini mental dəyərlər baxımdan bizimlə çox yaxın olan Türkiyə və türk yumor ustası Cem Yılmaz üzərində qurublar. Onlar qeyd ediblər ki, bu aktyor dünya komediyasını, bəşəri mövzuları türkləşdirməyi bacarır. Ona görə də Cem türk tamaşaçısı üçün maraqlıdır.
Gənclər “İki başlı şou” olaraq hədəflərindən söz açıb. Bildiriblər ki, əslində hədəfləri “skeç” hazırlamaq deyil, bu yolla tamaşaçı toplamaq, ardınca sosial çarxlar və digər böyük layihələrə başlamaqdır. Aktyorlar bir müddət sonra film çəkilişlərinə başlayacaqlarını da bildiriblər.
Sərdar Amin

