İkiyaşlı Zəhranın öldürülməsinə ATƏT xeyir-dua verib – Sensasion açıqlama
05.03.2020 11:00Ermənistan dünən axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərə hücum etdi. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, erməni hərbi birləşmələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan açdığı atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya yerləşdirilib. Azərbaycan ordusu atəşlə düşməni susdurub.
Об этом сообщает Руспрес
Cəbhədə baş verənlərə aydınlıq gətirmək üçün hərbi ekspert Üzeyir Cəfərovla əlaqə saxladıq.
Ekspert A24.Az-a açıqlama verərək bildirdi ki, bu Ermənistanın iyrənc təxribatlarından biridir və ATƏT-in xeyir-duası ilə baş verib. “İyulun 11-i Avstriyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır və həmin görüşdə ATƏT-in MİNSK qrupunun həmsədrlərinin iştirakı nəzərdə tutulub. Dünən Füzulinin Alxanlı kəndində Ermənistan tərəfindən mülki vətəndaşların ağır artilleriyadan və minaatanlardan atəşə tutulması növbəti faşist və vandalizm hərəkətləridir. Çünki ermənilər mülki vətəndaşların yaşadıqları ərazini hədəfə alıblar və atəş nəticəsində 18 aylıq körpə və nənəsi dünyasını dəyişib, bir qadın yaralanıb. Hospitalda vəziyyəti ağırdır . Baş verənlər Ermənistanın ATƏT-in xeyir-duası ilə həyata keçirilən təxribatıdır. Bu günləri ATƏT-in MİNSK qrupunun iki ölkənin rəhbərliyini bir araya gətirilməsi üçün bəhanə lazımdır. Kritik vəziyyət lazımdır və bu vəziyyəti də ATƏT-in xeyir-duası ilə həyata keçirib”.
Azərbaycan tərəfi nə etməlidir?
Üzeyir Cəfərov birdirir ki, Azərbaycan tərəfi dərhal bu gün Amerikanın, Fransanın və Rusiyanın Azərbaycandakı səfirliklərini XİN-ə dəvət etməli və bu ölkənin nümayəndələri ilə sərt şəkildə danışmalıdı. “Nə vaxtadək ATƏT bu mənasız danışıqları ilə manitorinq keçiriəcək? Dünən ATƏT monitorinq keçirir. Axşam isə Ermənistan Füzulidə mülki əhalini hədəfə alır. Vəziyyətdən çıxmaq üçün hiyləyə əl atırlar, hansısa qondarma video yayıblar ki, bunlar bizim atəş nöqtəmizi susdurublar. Biz ermənilər kimi şərəfsiz deyilik ki, qadın və uşaqları qabağa verək. Azərbaycanda kifayət qədər əsgər resursu var, Azərbaycan ermənilərdən fərqli olaraq səngərlərdə qadın və yaşlıları qoymur” .
Ü.Cəfərov ermənilərin yaydığı videoya münasibət bildirərək qeyd edib ki, videodada guya atəş nöqtəmizi susdurublar. “Ermənilər bilirlər ki, bunun cavabı amansız və sərt olacaq. Azərbaycan yaxın zamanlarda Erməsitanın işğalçı əsgərlərinin bir neçəsini cəhənnəmə vasil edəcək. Bunun tərəfdarıyam ki, Azərbaycan ATƏT xəttilə bütün danışıqlardan imtina etməlidir. Çünki ATƏT-in MİNSK qrupunun həmsədrləri birbaşa Ermənistanın maraqlarına xidmət edirlər. Dünən baş vermiş hadisələrdən sonra hələ də səsləri çıxmır. Bir bəyanat yayıb, işlərini bitmiş hesab edəcəklər. Azərbaycan sərt danışmalıdır. Qısa müddət ərzində Azərbaycan torpaqlarından geri çəkilməyəcəyi təqdirdə bütün qüvvəsini səfərbər edib, torpaqlarını ölüm-itim də olsa azad etməlidir.
Azərbaycanlılar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni salınmış infrastruktura qayıtmalıdırlar. Bunlar dünənki təxribatla döyüş bölgəsinə yaxın ərazilərdə, o cümlədən Alxanlıda vətəndaşlar arasında xof yaratmaq niyyətindədirlər. Bunun cavabı sərt və amansız olacaq”.
Vüsalə Əlövsətqızı

