Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlahiyyatçı Elşad Miri ölümlə hədələnir

05.03.2020 11:00

Tanınmış ilahiyyatçı Elşad Mirinin verilişlərdən birində söylədiyi fikirlər bir qrup dindar arasında qalmaqala səbəb olub. İlahiyyatçı Nəbə surəsindən misal çəkərək, ərəb dilində oxuduğu ayənin qadınlarla bağlı tərcüməsindəki yanlışı açıqlayıb.

Об этом сообщает Роспрес

Samir Firdovsioğlu adlı istifadəçi isə verilişdən olan videogörüntünü kəsərək “facebook”dakı FAVAİD adlı sosial səhifədə paylaşıb. Daha sonra videoya qarşılıq olaraq Elşad Mirinin Quranda qadınlarla bağlı dediklərinə geniş şəkildə yazılı izahat verib.

Həmin yazını oxumaq üçün linkə tıklayın!

Videoda gördüyünüz Elşad Miridir. Bu adam isbat etməyə çalışır ki, müsəlmanlar əsrlər boyu səhv yolda olublar, lakin Bakıda yaşayan, ərəb dilini düz-əməlli bilməyən, bununla da müsəlmanların inanclarını dolayı yolla ələ salan Elşad isə həqiqi İslam yolundadır. Onu da deyim ki, bu kimi fikirləri Türkiyədə yaşayan, hamının da azğın kimi tanıdıqları bəzi kəslərin ideologiyalarını Azərbaycana daşımaq siyasəti gedir. Siz bir videoya baxın, sonra isə paylaşdığım məqaləni oxuyun zəhmət olmasa. İnsaf sahibi Elşadın əslində nə qədər biliksiz, informasiyasız, emosiyalara qapanaraq çıxışlar etdiyini görəcəkdir. Bu məqalə də elə insaf sahibləri üçün yazılıb:Allah Qurani Kərimin "Nəbə" surəsinin 31, 32, 33, 34-cü ayələrində belə buyurur:"Həqiqətən, müttəqiləri nicat yeri (Cənnət), bağçalar və üzüm bağları, sinələri yenicə qabarmış həmyaşıd qızlar. (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!""وَكَوَاعِبَ أَتْرَابًا""Ətrab olan kəvaib (vardır)"sinələri yenicə qabarmış həmyaşıd qızlar"Ətrab" turb sözünün cəmidir, yəni eyni yaşda olan deməkdir. "Kəvaib" isə "kəib" sözünün cəmidir. Burada əsas mövzuya gəlirik. Bizim tərcümələrimizdə bu cür tərcümə edirlər. "Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar" Əlixan Musayevin tərcüməsi belədir: "dolğun döşlü həmyaşıd qızlar."Təbii ki, bir azərbaycanlı oxucu bu tərcüməni oxuduqda ağlına belə bir sual gələcək. Allah üçün bu döşün ölçüsünün nə əhəmiyyəti vardır ki, onu müqəddəs kitabında zikr edir? Cavab isə budur ki, heç bir əhəmiyyəti yoxdur və Allah burada döşlərin ölçülərinə diqqət çəkmir. Bu, sadəcə olaraq bizim dilimizin kasıblığından irəli gəlir. Bu dediyimin izahını növbəti sətrlərdə çatdırıram.Ərəb dili xüsusi bir dildir, çox zəngindir. Misal üçün xurmanın yetişmə mərhələlərində fərqli adları vardır. Misal üçün xurma yetişmədən öncə ona busr deyirlər, yetişdikdə, içi sulu olduqda ona rutab deyirlər, qalıb quruduqda isə onu təmr deyirlər, hələ bu üç mərhələ arasındakı alt-mərhələlərin də adları vardır. Meyvələrdə olduğu kimi heyvanlarda da bu cür yaşlara görə adları dəyişir. Ərəblər həmçinin oğlan və qız uşaqlarının da yaş və yetkinlik dövrlərinə görə adlarını veriblər. Ona görə də qızlarda yetkinlik dövründə yaşlarına görə ayırıblar, təxminən on altı yaşında olan qızlara "kəib" deyirlər, on səkkiz-iyirmi yaşlarındakı qızlara da "nəhid" deyirlər. Kəib deməklərinin səbəbi isə "kə’əbə" feli ilə bağlıdır və bu fel bir şeyin çıxması, qalxması mənasını verir. Məşhur ərəb dili alimi İbn Faris deyir:"( كعب ) الكاف والعين والباء أصل صحيح ، يدل على نتوء وارتفاع في الشيء . من ذلك الكعب : كعب الرجل ، وهو عظم طرفي الساق عند ملتقى القدم والساق … وكعبت المرأة كعابة ، وهي كاعب ، إذا نتأ ثديها""Kə’əbə; kəf, ayn və bə hərfləridir, səhih kökdür (yəni illətli hərf yoxdur kökündə). Bir şeydə çıxıntıya, qalxışa dəlalət edir. Bu mənada "kə’b" deyiblər, ayağın kə’bi (topuğu) və bu, baldırın sonlarında baldırın ayaqla birləşdiyi yerdəki sümükdür… Qadın kə’b oldu və o, kəib’dir deyirlər, əgər döşləri çıxarsa."Buradan başa düşürük ki, kəib sözü döşləri çıxmış qadına verilmiş addır, yəni qəsd olunan müəyyən yeniyetməlik yaşında olan qızdır.Eləcə də Əbul-Fərac İbnul-Cəvzi deyir:"المرأة طفلةٌ ما دامت صغيرةً ؛ ثمّ وليدةٌ إذا تحرّكت ؛ ثمّ كاعبٌ إذا كعب ثديها ؛ ثمّ ناهدٌ إذا زاد ؛ ثمّ معصرٌ إذا أدركت ؛ ثمّ خودٌ إذا توسّطت الشّباب""Qadın balaca olduğu müddətdə ona "tiflə" deyirlər, sonra hərəkət etməyə başladıqda ona "validə" deyirlər, sonra döşləri çıxdıqda ona "kəib" deyirlər, sonra (döşləri) böyüdükdə ona "nəhid" deyirlər, sonra (gəncliyinə) yetişdikdə "mu’sir" deyirlər, sonra gənclik yaşlarının ortasına gəldikdə isə "xavd" deyirlər."Gördüyümüz kimi bu adlar sadəcə olaraq qadınlarda ayrı-ayrı yaş-dövrünü, inkişaf mərhələsini fərqləndirmək üçün verilmiş adlardır. Misal üçün şəriətdə "həiz" deyildikdə artıq heyz yaşına çatmış qadın qəsd edilir, yoxsa heç kim mütləq heyz görən qadını qəsd etmir. Hədisdə gəlir ki, Allahın elçisi – aleyhissələm – buyurur:"لَا يَقْبَلُ اللَّهُ صَلَاةَ حَائِضٍ إِلَّا بِخِمَارٍ""Allah örtüsüz həizin namazını qəbul etməz."Heç kim bu hədisdən başa düşməyib ki, əgər qadın artıq heyzi kəsilərsə o zaman başını bağlamadan da namaz qıla bilər. Xeyr, hamı başa düşür ki, burada "həiz" deyildikdə qəsd olunan artıq heyz yaşına çatmış qadındır. Peyğəmbərimiz diqqəti heyzin özünə tərəf çəkmir, lakin diqqəti ona tərəf çəkir ki, o yaşda ki, qızlar artıq həddi-büluğa çatmış qızlardır və örtünməkləri lazımdır.Bizim dilimizdə bunun misalını bəzən nənələrimizin rus qızları üçün kinayə olaraq işlətdiyi "sarıqulaq" sözündə də görə bilirik. Nənələrimiz – "koppayoğlu, getdi İrusiyyətə, indi də çörəyi bir sarıqulağa yedirir" – dediklərində heç də rus qızlarının qulağındakı sarılığa diqqət çəkmək istəmirlər. Sadəcə olaraq onların sarışın olmaqlarına görə bu cür ad qoyulub. Eləcə də biz nənələrimizə "ağbirçək" dedikdə onların qulaqlarının üstündə çıxan qövsvari saçların ağlığına diqqət çəkmirik, onların yaşlı olmaqlarına diqqət çəkirik. Eləcə də bəzən saqqalı olmayan yaşlı kişilərə ağsaqqal deyirik, bununla saqqalın ağlığına yox, yaşlarına diqqət çəkirik.Ayədə də "kəib" sözü sadəcə olaraq "gənc qız" anlamında başa düşülməlidir, yəni "eyni yaşda olan gözəl və gənc qızlar" şəklində başa düşülməlidir. Ayədə onların döşlərinin ölçüsünə diqqət çəkilmir. Quranı tərcümə edənlər sözün haradan əmələ gəlməsinə baxıblar və sözün etimologiyasına görə tərcümə ediblər, bizim dilimizdə "kəib" sözünün qarşılığı olmadığı üçün bəlkə də bu səbəbdən bu cür tərcümə etməkdən başqa çarələri olmayıb. Ona görə də doğru tərcümə belə olmalıdır:"Şübhəsiz ki, Allahdan qorxanlar üçün bir qurtuluş yeri vardır, bağçalar və üzümlüklər, eyni yaşda olan gözəl və gənc qızlar vardır…"Məhz buna görə də məşhur ərəb dili və təfsir alimi Əbu İshaq əz-Zəccəc bu ayənin təfsirində deyir:"(أَتْرَابٌ) أقران، (وَكَواعِبَ أَتْرَاباً) أي أسنانهن وَاحِدة، وهن في غاية الشبابوالحُسْنِ.""…"Ətrab" həmyaşıdlar (deməkdir), "va kəvaibə ətrabə", yəni yaşları birdir və onlar çox gənc və çox gözəldirlər."Yenə bir digər ərəb dili və təfsir alimi İbn Aşur təfsirində deyir:"الكواعب : جمع كاعب ، وهي الجارية التي بلغت سن خمس عشرة سنة ونحوها ""Kəvaib kəib sözünün cəmidir və bu, on beş və daha çox yaşda olan qızdır…"Ona görə də bir çox təfsir alimi bu sözləri təfsir etdikdə burada "bakirə" qızların qəsd edildiyini söyləyir. Yəni işarə qadının döşlərinin böyüklüyünə və necəliyinə deyildir, sadəcə olaraq onların gəncliyinə və gözəlliyinə işarədir.Burda Bişr bin Əbi Həzim adlı qədim ərəb şairinin sözlərinə diqqət edək."وكم من حصان قد حوينا كريمةٍ *** ومن كاعب لم تدر ما البؤسُ ، مُعْصِر""O qədər evli qadın görmüşük ki, xeyirlidir, tərifəlayiqdirvə o qədər "kəib", "musir" görmüşük ki, çətinliyin nə olduğunu bilmirlər."İndi düşünün ki, bu məzmunda "kəib" sözünü işlədərkən şair o qızların döşlərinə işarə edirmi? Yoxsa qəsdi sadəcə onların təcrübəsiz, yaşı az olan, dərd çəkməmiş kimsələr olduğuna işarə etməkdir? Əlbəttə ki, cavab hər kəsə aydındır.Qurandakı ayədə də qəsd olunan budur. Bunun dəlili də budur ki, o söz "ətrab" sözü ilə yanaşı gəlib, yəni eyni yaşda olacaqlar. Çünki Allah sadəcə "eyni yaşda qadınlar" desəydi o zaman "eyni yaşda yaşlı qadınlar" da başa düşmək olardı. Lakin bu ehtimalı aradan qaldırmaq üçün "eyni yaşda gənc qızlar" olacağını ifadə etmək üçün "kəvaib" sözünü işlətmişdir.Ona görə də maraqlananlar üçün bu yazdıqlarımızdan həm də Qurana necə yaxınlaşmağın önəmi də aydın olur. Başa düşürük ki, Quranı ərəb dilini yaxşı bilmədən hər yerdə tam şəkildə anlamaq imkansızdır, anlaşılması qaranlıq olan yerlərdə mütləq ərəb dilində izah edə biləcək şəxslərə müraciət etmək lazımdır.____________________________Müəllif:Samir FirdovsiogluAteistlərin, deistlərin və azğınlığa düşmüş Elşad kimilərinin şübhələrinə bu səhifədə cavab verilir:https://www.facebook.com/qaraqaninqaranliqlari/?fref=nf#favaid #çolaqaddım #islam #iman #ateist #deist #islamafobiya #islamafob #quran

Posted by FAVAİD on Donnerstag, 12. Januar 2017

Paylaşılan yazıya gələn şərhlər isə heç də bimənalı deyil. Oxunduğu zaman şərhlərdə ilahiyyatçının özlərini dindar adlandıran bir qrup şəxs tərəfindən təhqir və tənqid edildiyi, hətta onun ölümlə təhdid edildiyi də açıq aydın görünür.

“A24.Az” yazıya verilən şərhlərin fotolarını təqdim edir: