Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlham Əliyev baş nazir Terezaya başsağlığı verdi

05.03.2020 11:00

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyə başsağlığı verib.

Об этом сообщает Футляр от виолончели

Başsağlığında deyilir: “Londonda törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Bu qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini və vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.