Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlham Əliyev: Ermənistan bütün İslam aləminə qarşı cinayət işləyib

05.03.2020 11:01

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dini və mədəni abidələri məhv edərək bütün İslam aləminə qarşı cinayət işlədiklərini bildirib.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, İlham Əliyev müsəlman ölkələrin Bakıda təyin edilən səfirlərin qəbulu zamanı çıxışında Azərbaycanın İslam İşbirliyi Təşkilatının (İİT) fəal üzvü olduğunu xatırladaraq, bütün beynəlxalq qurum və təşkilatlarda müsəlman ölkələri dəstəklədiklərini söyləyib.

İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini uzun illərdir işğal altında tutduğunu, bütün beynəlxalq hüquq normalarını pozduqlarını və BMT-nin 4 qərarını heçə saydıqlarını söyləyib.

“İşğal altında olan torpaqlarımızda bütün dini və tarixi abidələrimizi yox etdilər. Bunu sübut edən çoxlu sayda sənəd və görüntü mövcuddur. Bir milyondan çox vətəndaşımız torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Azərbaycan-Ermənistan müharibəsi və Dağlıq Qarabağ problemi yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz bütün beynəlxalq təşkilatlarda problemlə bağlı həqiqətləri ortaya qoyuruq, dünya ictimaiyyətinə çatdırırıq. Əlbəttə, müsəlman ölkələrdəki qardaşlarımızın da ermənilərin işğalı altındakı torpaqlarda hansı vəhşəti etdiklərini bilmələrini istəyirik. Bu vəhşət sadəcə Azərbaycana qarşı deyil, büütn İslam aləminə qarşı həyata keçirilmişdir. İşğal altında olan Azərbaycan şəhərlərinin məscidləri ermənilər tərəfindən dağıdılıb. Bu cinayət bütün İslam aləminə qarşı işlənmiş bir cinayətdir. Bütün müsəlmanların bunu bilməsini istəyirik”.

İlham Əliyev İslam ölkələri arasında bütün problemlərin sülh yolu ilə həll edilməsini və müsəlman ölkələri arasındakı həmrəyliyin gücləndirilməsinin vacibliyini sözlərinə əlavə edib.

Firuzə Alimova