İlham Əliyev Fazil Məmmədovu niyə işdən çıxardı? – ŞOK SƏBƏB
05.03.2020 11:01“Vergilər sahəsində ciddi problemlər var. Bu sahədə ciddi islahatlara ehtiyac var”
Об этом сообщает Руспрес
Bu fikirləri A24.Az-a millət vəkili Vahid Əhmədov prezidentin yeni təyinatını şərh edərkən deyib.
Onun sözlərinə görə, prezident sözügedən islahatları həyata keçirmək üçün Mikayıl Cabbarovu vergilər naziri postuna təyin edib.
-Fazil Məmmədovun bundan sonrakı aqibəti necə olacaq? Harasa təyinat alacaqmı?
“Fazil Məmmədov kifayət qədər təcrübəli mütəxəssisdir. Yəqin ki, o da bu sahədə istifadə ediləcək”.
-Sizcə təhsil naziri postuna kim təyin edilə bilər?
“Bu sahə də çox əhəmiyyətli bir sahədir. Mən istərdim ki, bu posta kifayət qədər təcrübəsi olan biri gətirilsin. Dünya təhsilindən, islahatlardan xəbərdar olan biri təyin edilsin. Çünki bu sahədə də problemlərimiz var”.
-Varmı elə təcrübəli biri?
“O qədər təcrübəli mütəxəssislərimiz var ki. Amma siyasi qərar olmalıdır. Bu posta da yəqin ki, prezident öz namizədini təyin edəcək”.
Nərmin Kərim, A24.Az

