İlham Əliyev rus əlcəyini soyundu, ABŞ-la salamlaşdı – Ölkədəki ruspərəstlər çox kədərlidir
05.03.2020 11:0117-20 sentyabr aralığında Prezident İlham Əliyevin ABŞ-a səfəri, Qərb ölkələri ilə yaxınlaşması Azərbaycanda bir sıra hadisələrin yaşanmasına səbəb oldu.
Об этом сообщает Футляр от виолончели
Rusiya hərbi gəmisinin Bakıya gəlməsi və erməni saytlarında İlham Əliyevin BMT-də Dağlıq Qarabağla bağlı çıxışı zamanı Leyla Əliyevanın “selfi” çəkməsi böyük rezonans doğurub. Ard-arda baş verən olayların başında duran V klanın planı və məqsədi nədir?
Son dövrlər Azərbaycanda yaşananları “A24.az”a şərh edən politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanda Rusiyanın təsiri altında ola V klanı çox güclüdür və bir çox hallarda təxribatla məşğul olurlar:
“Əsas təxribatları da Azərbaycanı daxildə qarışdırmaq və Azərbaycanın Qərblə arasındakı münasibətlərini gərginləşdirməkdir.
“Aydındır ki, bu cür təxribat halları araşdırılmalıdır. Xüsusən də bu işlərə bəzi erməni saytları qoşulubsa, burda V klanın izini axtarmağa ehtiyac var. Çünki bu klan Azərbaycan üçün böyük təhlükədir. Biz bunu hər zaman diqqətdə saxlamalıyıq. Biz milli və təhlükəsizlik maraqlarımız üçün çıxış etməliyik.
Ötən gün isə Rusiya hərbi gəmiləri Azərbaycan sahillərinə yaxınlaşıb. Bu, dünya praktikasında olan məsələlərdir. Məsələn, SSRİ Amerika ilə düşmən olduğu illərdə də Amerika gəmiləri Rusiya sahillərində olub. İndi də bu praktika var. Yəni bundan böyük nəticələr çıxarılmasının əleyhinəyəm. Sadəcə yenə də təkrar edirəm, Rusiyada müəyyən siyasi mərkəzlər Azərbaycanı təsir altında görmək istəyirlər. Bu bizim maraqlara cavab vermir. Çünki Rusiya heç Qarabağ münaqişəsinin ədalətlərinə də maraq göstərmir. Üstəgəl, 2 gün öncə Rusiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvini təsdiq etdi. Bu bir daha Rusiyanın Azərbaycana boş olmayan bir addımıdır. Necə ola bilir, Naxçıvanda erməni lobbisinin təşkilatı fəaliyyət göstərir, amma Azərbaycanın böyük diaspor təşkilatını, hansı ki, mərhum Heydər Əliyev təsis edib, onu bağlayırlar? Bütün bunlar Azərbaycana boş olmayan jestlərdir. Yəqin ki, Azərbaycanla bağlı narazılıqları var ki, ölkəyə bu yollarla təzyiq edirlər. Ona görə də biz bu təzyiqlərə üstün gəlmək üçün öz strateji müttəfiqlərimizlə – Türkiyə və Qərb ölkələri ilə əlaqələrimizi gücləndirməliyik”.
Lakin məsələnin daha diqqət çəkən tərəfi olan Leyla Əliyevanın BMT-də selfi çəkərək obyektivlərə düşməsinə gəldikdə, politoloq bunda qeyr-adi bir şeyin olmadığını dedi:
“Demokratiyada hərənin öz fikrini bildirməsində qeyri-adi heç bir şey yoxdur. Sadəcə düşmən ölkənin bundan bizə qarşı istifadə etməsi haqqında düşünməliyik. Onlara belə bir bəhanə vermək əslində düzgün deyil.
Azərbaycanın zəif nöqtələrindən Rusiyadakı erməni mərkəzləri istifadə etməyə çalışır. Nəinki bizim zəif nöqtələrimizi tapırlar, olmayan məsələləri də şişirtməyə çalışırlar ki, Azərbaycan güclənməsin, hər zaman zəif qalsın. Məsələn, Mehman Əliyevin həbs olunub, sonra buraxılması da müəmmalı bir məsələdir. Çünki “Turan” informasiya agentliyi Azərbaycanın müstəqilliyi tarixində yaranan ilk agentlikdir. Mehman Əliyevin özünün böyük xidmətləri var. Mərhum Heydər Əiliyevlə də tanışdır. Həbsi qərb ölkələrində böyük rezonans doğurdu, mənfi reaksiya verdilər. Yəni kimsə bilərəkdən Azərbaycanla Qərb arasında münasibətləri gərginləşdirmək üçün bu kimi addımları atır. Daha sonra qorxdular və addımlarını geri atdılar. Buna prezident özü də reaksiya verdi. Bu təxribatlarla ölkəmizdə vəziyyəti gərginləşdirməyə çalışırlar”.
Firuzə Alimova / A24.az

