Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlham Əliyev: “Siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm”

05.03.2020 11:01

“Tütünçülüyün böyük potensialı var. Biz bu sahəni də bərpa etməliyik. Sovet vaxtında indikindən 10 dəfə, bəlkə də ondan da çox tütün tədarük edilirdi. İndi bu il 3 min hektarda tütün əkilibdir və təqribən 3-4 min ton quru tütün tədarük ediləcək. Biz bu rəqəmi qısa müddət ərzində 10 min ton səviyyəsinə qaldırmalıyıq. Buna da nail olmaq mümkündür. Pambıqçılıqda olduğu kimi, subsidiyalar verilir”.

Об этом сообщает Руспрес

A24.Az-ın erdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

Prezident, “Əlbəttə ki, yeni, müasir siqaret fabriklərinin tikintisi də nəzərdə tutulmalıdır. Ona görə yox ki, bizim vətəndaşlar daha çox siqaret çəksinlər, xeyr, siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq. Ancaq bunun ixracı çox gəlir gətirən bir sahədir və təbii şəraiti olan ölkədə tütünçülüyün inkişaf etdirilməməsi başadüşülən deyil. Ona görə, biz tezliklə bu sahədə ciddi artıma nail olmalıyıq. Mən real rəqəmi səsləndirirəm. Bir daha demək istəyirəm ki, 10 min ton quru tütünün tədarükü real rəqəmdir”, – deyə o vurğulayıb.