İlham Əliyevə ən çox şikayət edilən dövlət komitəsi bəlli oldu – ANALİZ
05.03.2020 11:01Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
Saytımız Media Təqib Mərkəzinə istinadla dövlət komitələri ilə bağlı may ayı üzrə məlumatları təqdim edir:
2017-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 6805 xəbər yerləşdirilib. Bunlardan 11-i mənfi, 652-si müsbət və 6142-si isə neytral xəbərlərdir. Mənfi xəbərlərin hamısı Əmlak Məsələləri Dövlət Komitəsinə (komitə sədri Kərəm Həsənovdan İlham Əliyevə şikayət) məxsusdur. Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (615 xəbər – komitə sədri Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif olunması, gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (37 xəbər – qanunsuz məscid yaradan dini icma sədrinin gizli fəaliyyətinin aşkar olunması) aiddir.
Xəbər sayına görə sıralama:
| 1 | Dövlət Gömrük Komitəsi | 1992 xəbər |
| 2 | Dövlət Statistika Komitəsi | 1368 xəbər |
| 3 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 800 xəbər |
| 4 | Əmlak Məsələləri Dövlət Komitəsi | 769 xəbər |
| 5 | Diasporla İş üzrə Dövlət Komitəsi | 557 xəbər |
| 6 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 520 xəbər |
| 7 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 439 xəbər |
| 8 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 278 xəbər |
| 9 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 40 xəbər |
| 10 | Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | 26 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1210 xəbər dərc edilib. Bu xəbərlərdən 1155-i neytral, 55-i müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (50 xəbər – komitə sədri Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif olunması, gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (5 xəbər – qanunsuz məscid yaradan dini icma sədrinin gizli fəaliyyətinin aşkar olunması) məxsusdur. May ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
| 1 | Dövlət Gömrük Komitəsi | 250 xəbər |
| 2 | Dövlət Statistika Komitəsi | 186 xəbər |
| 3 | Diasporla İş üzrə Dövlət Komitəsi | 185 xəbər |
| 4 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 164 xəbər |
| 5 | Əmlak Məsələləri Dövlət Komitəsi | 145 xəbər |
| 6 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 94 xəbər |
| 7 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 88 xəbər |
| 8 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 87 xəbər |
| 9 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 8 xəbər |
| 10 | Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | 2 xəbər |
May ayında televiziya kanallarında komitələr haqqında 591 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 182 xəbər |
| 2 | Dövlət Gömrük Komitəsi | 164 xəbər |
| 3 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 78 xəbər |
| 4 | Dövlət Statistika Komitəsi | 44 xəbər |
| 5 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 43 xəbər |
| 6 | Əmlak Məsələləri Dövlət Komitəsi | 40 xəbər |
| 7 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 33 xəbər |
| 8 | Diasporla İş üzrə Dövlət Komitəsi | 5 xəbər |
| 9 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 2 xəbər |
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Əlaqə:
+994 12 409 90 09
+994 51 408 08 88
+994 12 408 08 88

