Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlham Əliyevin Ərdoğanı ilk təbrik etməsinin MƏNASI

05.03.2020 11:02

Azərbaycan Milli Məclisinin sabiq millət vəkili Aydın Abbasov Azərbaycan prezidenti İlham Əliyevin konstitutsiyaya dəyişiklik edilməsi ilə bağlı keçirilən referendum seçkilərinin nəticələrinin açıqlanmasından sonra Ərdoğanı təbrik edən ilk dövlət başçısı olmasına münasibət bildirib. Millət vəkili İlham Əliyevin bu hərəkətini “Hörmətli Əliyevin qardaşı Ərdoğanı ilk təbrik etməsi vacib və əhəmiyyətlidir”, – deyə bildirib.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, “Sputnik”ə danışan Aydın Abbasov bunları deyib:

“Möhtərəm prezidentimiz İlham Əliyev qardaşı Ərdoğanı ilk təbrik edən prezident oldu. Cənab İlham Əliyev təbriki ilə bütün dünyaya bu mesajı verdi: “Azərbaycan və Türkiyə münasibətləri özəldir. İlham Əliyevin bu təbriki iki ölkə münasibətlərinin nə qədər güclü olduğunu bir daha ortaya qoydu”.

“Azərbaycan hər zaman Türkiyənin yanındadır. Daha əvvəl də Azərbaycan prezidenti çətin zamanlarda Ərdoğana zəng edərək ona dəstək olub”, –  deyə millət vəkili qeyd edib.